Mingəçevir Dövlət Universitetində “Bir tələbə – bir ağac hekayəsi” ağacəkmə aksiyası keçirilib

  • Рубрика записиMSU News

Mingəçevir Dövlət Universitetində ekoloji davamlılığın təşviqi və ətraf mühitin qorunmasına töhfə məqsədilə “Bir tələbə – bir ağac hekayəsi” adlı ağacəkmə aksiyası keçirilib.

Aksiyada universitetin akademik-inzibati heyəti və tələbələr fəal iştirak ediblər. Tədbirin əsas məqsədi yaşıllıq sahələrinin genişləndirilməsi, ekoloji şüurun artırılması və gənclər arasında təbiətə məsuliyyətli münasibətin formalaşdırılması olub.

Aksiya çərçivəsində universitet ərazisində və ətraf zonalarda müxtəlif növ ağac tingləri əkilib, onların qorunması və davamlı inkişafı ilə bağlı iştirakçılara məlumat verilib. Bildirilib ki, hər bir əkilən ağac gələcək nəsillər üçün sağlam və dayanıqlı mühitin formalaşmasına xidmət edir.

Tədbir zamanı iştirakçılar arasında ekoloji maarifləndirmə istiqamətində fikir mübadiləsi aparılıb, ətraf mühitin mühafizəsinin vacibliyi bir daha diqqətə çatdırılıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində dayanıqlı inkişaf prinsiplərinə uyğun olaraq ətraf mühitin qorunması, ekoloji təşəbbüslərin təşviqi və tələbələrdə ekoloji məsuliyyət hissinin gücləndirilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir.