MDU nümayəndələri Mingəçevir Balıq Artırma Su Hövzəsində elmi ekspedisiyada olublar

  • Рубрика записиMDU xəbərləri

12 mart tarixində Mingəçevir Dövlət Universitetinin Fizika və Ekologiya kafedrasının bir qrup tələbə, magistr və müəllim heyəti Mingəçevir Balıq Artırma Su Hövzəsi Səhmdar Cəmiyyətində elmi ekspedisiyada iştirak edib.

Səfər zamanı müəssisənin direktoru İlham Xuduyev və sahə rəisi Həbib Musayev iştirakçılara müəssisənin iş prinsipləri, balıq növlərinə göstərilən xidmətlər və ayırma üsulları haqqında ətraflı məlumat veriblər.

Qeyd olunub ki, bu cür ekspedisiyalar tələbələrin və magistrantların praktik biliklərinin artırılması, elmi maraqlarının inkişafı və ekoloji tədqiqat bacarıqlarının gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.