MDU “Heydər Əliyev və Azərbaycan tarixi” lX ümumrespublika bilik yarışında təmsil olunub

2023-ci ilin oktyabrın 18-də Mingəçevir Dövlət Universiteti (MDU) Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” lX ümumrespublika bilik yarışında təmsil olunub. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən bilik yarışına ölkənin 50 ali təhsil müəssisəsinin tələbələrdən ibarət komandaları qatılıb.

Azərbaycan tarixinin və Ümummilli Lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin tədqiqi, öyrənilməsi və təbliği məqsədi daşıyan bilik yarışında MDU komandası 14-cü yerdə qərarlaşıb.

Oktyabrın 19-da MDU-nun rektoru Şahin Bayramov universitetin komanda üzvləri ilə görüşüb. MDU-nu layiqli təmsil etdiklərinə görə tələbələrə təşəkkürünü bildirən rektor onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, sözügedən bilik yarışında MDU komandasının tərkibində Təhsil fakültəsinin tələbələrindən Şəmsiyyə Mustafayeva (kapitan), Uğur Hüseynov, Günel Teymurlu, Tamella Qurbanova, Nurlana Mirabova, Sərvər Məmmədli, Amil Pirverdiyev və Xəyal Şərifli yer alıb.