Mingəçevir Dövlət Universitetində dəniz ekosisteminin mühafizəsinə həsr olunmuş seminar keçirilib

Mingəçevir Dövlət Universitetində dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq “Dəniz ekosisteminin mühafizəsi ilə bağlı maarifləndirici təlim və seminarlar” mövzusunda seminar təşkil olunub.

Tədbir Təbiət elmləri kafedrasının müəllimi Şəbnəm İslamova tərəfindən aparılıb. Seminarın əsas məqsədi tələbələrin dəniz ekosistemlərinin qorunması, biomüxtəlifliyin saxlanılması və ətraf mühitin mühafizəsi istiqamətində bilik və məlumatlılığının artırılması olub.

Seminar zamanı dəniz mühitinin çirklənməsi, iqlim dəyişikliklərinin su ekosistemlərinə təsiri, həmçinin bu sahədə beynəlxalq təcrübə və yerli təşəbbüslər barədə ətraflı məlumat verilib. Bildirilib ki, dəniz ekosistemlərinin qorunması yalnız ekoloji deyil, həm də sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə iştirak edən tələbələr mövzu ətrafında fəal müzakirələr aparıb, suallar ünvanlayaraq praktiki yanaşmalar və fərdi töhfə imkanları barədə fikir mübadiləsi ediblər. Seminarın sonunda iştirakçılara ətraf mühitin qorunması ilə bağlı gündəlik həyatda tətbiq oluna biləcək tövsiyələr təqdim olunub.

Qeyd edək ki, bu kimi maarifləndirici tədbirlər universitetdə dayanıqlı inkişaf məqsədlərinin təşviqi və ekoloji şüurun artırılması baxımından mühüm rol oynayır.