Mingəçevir Dövlət Universitetində “Ecovolley” Voleybol Turniri keçiriləcək

2026-cı ilin 8–12 iyun tarixlərində Mingəçevir Dövlət Universitetində keçiriləcək “Beynəlxalqlaşma, İnnovasiya və Dayanıqlı İnkişaf Həftəsi” çərçivəsində “Ecovolley” Voleybol Turniri təşkil olunacaq.

Turnir 2026-cı ilin 11 iyun tarixində Mingəçevir şəhər Stadionunun voleybol meydançasında Mingəçevir Dövlət Universitetinin İş dünyası və məzunlarla əlaqə şöbəsinin təşkilatçılığı ilə keçiriləcək.

“Ecovolley” Voleybol Turnirində universitetin qiyabi formada təhsil alan tələbələri, müəllimlər, həmçinin MDU-nun tərəfdaş qurumlarının və sənaye nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Turnirin əsas məqsədi universitet–sənaye əməkdaşlığının qeyri-formal mühitdə gücləndirilməsi, tələbələr, müəllimlər, məzunlar və tərəfdaş qurumlar arasında komanda ruhunun inkişaf etdirilməsi, sağlam həyat tərzinin təşviqi və dayanıqlı inkişaf dəyərlərinin idman vasitəsilə təbliğ olunmasıdır.

Qeydiyyat komanda formasında aparılır. İştirak etmək istəyən komandaların kapitanları komanda siyahısını qeydiyyat üçün təqdim edə bilərlər.

Tarix: 11 iyun 2026

Məkan: Mingəçevir şəhər Stadionunun voleybol meydançası

Qeydiyyat üçün: 051 500 45 66

“Qlobal tərəfdaşlıq, innovativ düşüncə və dayanıqlı gələcək naminə” şüarı ilə keçirilən həftə çərçivəsində bütün tələbə, müəllim, məzun və tərəfdaşları “Ecovolley” Voleybol Turnirində fəal iştiraka dəvət edirik.