Mingəçevir Dövlət Universiteti Türkiyənin aparıcı ali təhsil müəssisəsi ilə əməkdaşlıq imkanları genişləndirilir: MDU-nun nümayəndəsi Ege Universitetinin dərslərində iştirak edir

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Zaur Rəsulov Türkiyənin İzmir şəhərinə ezam olunaraq Ege Universitetinin İqtisadi və idarəetmə elmləri fakültəsində bir sıra səmərəli görüşlər keçirib.

Səfər çərçivəsində fakültə və kafedra rəhbərlikləri ilə görüşlər təşkil olunub, qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi, eləcə də birgə elmi-praktik layihələrin icrası perspektivləri geniş şəkildə müzakirə edilib.

Səfər proqramı çərçivəsində Zaur Rəsulov Ege Universitetində tədris olunan “Qlobal təchizat zənciri və logistika” və “Tədqiqat metodları” fənləri üzrə dərslərdə iştirak edib, fakültənin tədris mühiti, akademik fəaliyyət və müasir təlim metodları ilə yaxından tanış olub.

Səfər zamanı həmçinin fakültənin elmi-tədqiqat istiqamətləri, tədris proqramları, tələbə layihələri və beynəlxalq əlaqələrin inkişaf perspektivləri barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, ezamiyyət ümumilikdə MDU və Ege Universiteti arasında davamlı akademik tərəfdaşlığın qurulmasına, gələcək birgə layihələrin təşviqinə və elmi əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verib.