ELAN – AZƏRBAYCANDA TƏHSİLDƏ YENİ ÇAĞIRIŞLAR II BEYNƏLXALQ FORUMU BAŞ TUTACAQ

  • Рубрика записиXəbərlər (AZ)

AZƏRBAYCANDA TƏHSİLDƏ YENİ ÇAĞIRIŞLAR II BEYNƏLXALQ FORUMU BAŞ TUTACAQ

Oktyabrın 1-də Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu keçiriləcək. Forum T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə baş tutacaq.

“Təşəbbüsdən tətbiqə” başlığı altında baş tutacaq forum virtual təhsil, beynəlxalq qiymətləndirmə, liderlik, 21-ci əsrin bacarıqları və davamlı inkişaf mövzularını əhatə edir.

Beynəlxalq Müəllimlər Gününə həsr olunacaq forum Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i və sənədin “XXI əsrin tələblərinə uyğun təhsil” istiqamətini rəhbər tutur.

Forumda iştirak ödənişsizdir. Arzu edən iştirakçılara beynəlxalq sertifikat veriləcək. Qeydiyyatdan keçmək üçün müvafiq linkə keçid edə bilərsiniz: https://bit.ly/3gBGZ55