“Energetika” kafedrası 1995-ci ildə “İstilik texnikası və energetikası” adı ilə fəaliyyətə başlamışdır. 2010-cu il tarixdən tədrisin yeni standartlarının tətbiqi ilə əlaqədar olaraq kafedranın adında dəyişiklik aparılaraq “Elektroenergetika və istilik energetikası” adlandırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 24.07.2015-ci il tarixli müvafiq sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universiteti yaradılmışdır. Buna uyğun olaraq, yenidən formalaşan “Elektroenergetika və istilik energetikası” kafedrası 2016-cı ildən “Energetika” kafedrası adı ilə fəaliyyət göstərir.

Fəaliyyət göstərdiyi bütün dövrlərdə kafedra Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ali məktəblərin kafedraları haqqında əsasnamə”ni rəhbər tutmuş və işini bu əsasnamənin müddəalarına əsasən qurmuşdur.

Kafedra yarandığı dövrdən 2007-ci ilədək “İstilik elektrik stansiyaları” ixtisası üzrə tədris aparılırdı. 2007/2008-ci tədris ilindən T030200 -“Elektroenergetika şəbəkələri və sistemləri” və T040100 – “İstilik elektrik stansiyaları” ixtisasları üzrə tədris aparılmağa başladı.

Kafedrada 2009/2010-cu tədris ilindən yeni standartlara uyğun olaraq 050608 -“Elektroenergetika mühəndisliyi” və 050609 -“İstilik energetikası mühəndisliyi” ixtisasları, 2020/2021-ci tədris ilindən isə 060608 -“Energetika mühəndisliyi” ixtisası üzrə bakalavr hazırlığı həyata keçirilir.

050608 -“Elektroenergetika mühəndisliyi” ixtisası üzrə tədris Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.09.2013-cü il tarixli 829 №li əmri ilə, 050609 -“İstilik energetikası mühəndisliyi” ixtisası üzrə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22.08.2014-cu il tarixli 913 № li əmri ilə təsdiq edilmiş “Ali ixtisas təhsilinin Dövlət Standartı”na (Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər) uyğun aparılır. 060608 -“Energetika mühəndisliyi” ixtisası üzrə isə tədris Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13.08.2020-ci il tarixli F-370 № li əmri ilə “Bakalavriat səviyyəsinin ixtisas üzrə Təhsil Proqramı”na uyğun aparılır.

Bakalavr təhsil pillə­si üzrə tədris həm əyani, həm də qiyabi formada aparılır.

2016/2017-ci tədris ilindən kafedrada ali təhsilin bakalavr pilləsi ilə yanaşı magistratura səviyyəsi üzrə Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 08 saylı qərarı ilə təsdiq edilmiş 060608 -“Elektroenergetika mühəndisliyi” və 060609 -“İstilik energetikası mühəndisliyi” ixtisasları da fəaliyyət göstərir. Hər iki ixtisasda tədris Azərbaycan Respublikası Təhsil Nazirliyinin 31.08.2012-ci il tarixli 1463 № li əmri ilə təsdiq edilmiş “Ali ixtisas təhsilinin Dövlət Standartı”na (Magistr hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər) uyğun aparılır.

О специальности

Kafedraya bakalavr hazırlığı üçün “Elektroenergetika mühəndisliyi” və “İstilik energetikası mühəndisliyi” ixtisasları, 2020/2021-ci tədris ilindən isə “Energetika mühəndisliyi” ixtisası təhkim olunub.

“050608 Elektroenergetika mühəndisliyi” ixtisası üzrə tədris Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.09.2013-cü il tarixli 829 № li əmri ilə təsdiq edilmiş  “Ali ixtisas təhsilinin Dövlət Standartı”na (Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər) uyğun aparılır.

“050609 İstilik energetikası mühəndisliyi” ixtisası üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22.08.2014-cu il tarixli 913 № li əmri ilə təsdiq edilmiş  “Ali ixtisas təhsilinin Dövlət Standartı”na (Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər) uyğun aparılır.

“060608 Energetika mühəndisliyi” ixtisası üzrə tədris Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13.08.2020-ci il tarixli F-370 № li əmri ilə “Bakalavriat səviyyəsinin ixtisas üzrə Təhsil Proqramı”na uyğun aparılır.

Kafedraya magistr hazırlığı üçün “060608 Elektroenergetika mühəndisliyi” və “060609 İstilik energetikası mühəndisliyi” ixtisasları təhkim olunub. Hər iki ixtisas üzrə tədris Azərbaycan Respublikası Təhsil Nazirliyinin 31.08.2012-ci il tarixli 1463 № li əmri ilə təsdiq edilmiş “Ali ixtisas təhsilinin Dövlət Standartı”na (Magistr hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər) uyğun aparılır.

Заведующий кафедрой

Kəmalə Eyyubova

dosent
kamala.eyyubova@mdu.edu.az

Сотрудники

Ülkər Aşurova

dosent
ulkar.ashurova@mdu.edu.az

Təhmasib Hüseynov

dosent
tahmasib.huseynov@mdu.edu.az

Liliya Süleymanova

baş müəllim
liliya.suleymanova@mdu.edu.az

Səadət Şıxəliyeva

baş müəllim
saadat.shixaliyeva@mdu.edu.az

Alim Nəcəfov

müəllim
alim.nacafov@mdu.edu.az

Əbülfət Ədilov

müəllim
abulfat.adilov@mdu.edu.az

Elsevər Cəfərli

müəllim
elsevar.cafarli@mdu.edu.az

Mədinə Əliyeva

müəllim
madina.aliyeva@mdu.edu.az

Məhəmməd Şöyübov

müəllim
mahammad.shoyubov@mdu.edu.az

Eşqin Əsədov

müəllim
eshqin.asadov@mdu.edu.az

Nigar Rzazadə

müəllim
nigar.rzazada@mdu.edu.az

Əziz Əzizli

müəllim
aziz.azizli@mdu.edu.az

Qədir Məmmədli

müəllim
qadir.mammadli@mdu.edu.az

Sveta Bəkirova

müəllim
sveta.bakirova@mdu.edu.az

Преподаваемые предметы

050608 Energetika mühəndisliyi

  1. Elektrik dövrələri nəzəriyyəsi-1
  2. Elektrik dövrələri nəzəriyyəsi-2
  3. Elektrik maşınları
  4. Energetikanın əsasları
  5. Texniki termodinamika və istilikötürmə
  6. Energetik materiallar
  7. Enerji istehsalı texnologiyaları
  8. Elektrik sistemlərinin və avadanlıqlarının mühafizəsi
  9. Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması

Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlər

II Blok

  1. Hidravlika və hidravlik maşınlar
  2. Buxar və qaz turbinləri

III Blok

  1. Bərpa olunan enerji mənbələri və qurğuları
  2. İstilik mühərrikləri 

IV Blok

  1. Energetikada soyutma sistemləri
  2. Qazan qurğuları 

V Blok

  1. İstilik energetik qurğular
  2. İsitmə, soyutma və havanın kondensiyalaşdırılması sistemləri 

VI Blok

  1. Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi

VII Blok

  1. Günəş qurğularının layihələndirilməsi və hesabı
  2. Yüksək gərginlik texnikası

VIII Blok

  1. Külək qurğularının layihələndirilməsi və hesabı
  2. Elektrik sistemlərinin yarımstansiyaları 

IX Blok

  1. İstiləşdirmə və istilik şəbəkələri
  2. Enerji keyfiyyəti 

X Blok

  1. İstilik transformasiyasının əsasları
  2. Energetikada elektrik avadanlığı 

050607 Elektrik və elektronika mühəndisliyi 

  1. Elektrik dövrələri nəzəriyyəsi-1
  2. Elektrik dövrələri nəzəriyyəsi-2
  3. Elektrik ölçmələri və vasitələri
  4. Elektrik maşınları
  5. Analoq elektronika
  6. Elektrik və elektron texnikası materialları
  7. Güc elektronikası və elektrik intiqalı

Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlər

II Blok

  1. Elektrik və elektron aparatları
  2. Paylayıcı qurrğuların elektron aparatları
  3. Sxemotexnikanın əsasları

III Blok

  1. Dielektriklər nəzəriyyəsinin əsasları
  2. Enerjinin elektromexaniki çevrilməsi 

IV Blok

  1. Elektromexaniki sistemlər
  2. İzolyasiya və ifrat gərginliklər 

V Blok

  1. Elektrik qurğuları və sistemləri
  2. Elektrik qurğu və avadanlıqlarının istismarı 

VI Blok

  1. Kabel texnikasının əsasları
  2. Sənaye elektrik avadınlıqları

VII Blok

  1. Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi

VIII Blok

  1. Kabel elektrik veriliş xətləri
  2. İşıqlandırma texnikası 

IX Blok

  1. Elektrik avadanlıqlarının diaqnostikası
  2. Elektrik şəbəkələrinin diaqnostikası və monitorinqi 

X Blok

  1. Elektrotexnologiya
  2. Elektrik şəbəkələrinin rele mühafizəsi və avtomatikasının müasir məsələləri 

050632 Nəqliyyat mühəndisliyi

  1. İstilik texnikası və hidravlika

Magistratura səviyyəsi üzrə tədris olunan fənlər

050609 Elektroenergetika mühəndisliyi 

  1. Elektroenergetika mühəndisliyinin müasir problemləri
  2. Elektroenergetika mühəndisliyinin tarixi və metodologiyası
  3. Alternativ elektrik enerji mənbələri
  4. Energetik sistemlər
  5. Elektroenergetika sistemlərində elektromaqnit keçid prosesləri
  6. Elektroenergetika sistemlərinin rejimləri və istismarı
  7. Elektrik şəbəkələri və sistemləri
  8. Kabel və izolyasiya texnikasının yeni növləri
  9. Elektroenergetika sistemlərində elektromexaniki keçid prosesləri
  10. Elektroenergetika sistemlərinin etibarlığı
  11. Elektroenergetika sistemlərinin optimal inkişaf modeli
  12. Uzaq elektrik ötürməsi 

050609 İstilik energetikası mühəndisliyi 

  1. İstilik energetikası mühəndisliyinin müasir problemləri
  2. İstilik energetikası mühəndisliyinin tarixi və metodologiyası
  3. Buxar turbinli və buxar-qaz qurğulu İES-lər və AES-lər
  4. Turbin qurğusunun tsiklinin mükəmməlləşdirilməsi
  5. İES və AES turbinləri
  6. Enerji resursları və onların qorunması
  7. Su emalı qurğularının istismarı
  8. Energetikanın ekoloji problemləri
  9. İstilik elektrik stansiyasının iş və istismar rejimləri
  10. İES-in hesablama parametrlərinin və sxeminin texniki-iqtisadi əsaslandırılması
  11. Turbinlərin tənzimlənməsi
  12. Buxar və buxar-qaz turbinli İES-lərin istilik sxemlərinin hesablama metodları

Конференции, семинары, круглые столы

2020-2021              2021-2022               2022-2023              2023-2024              2024-2025

Проекты

Kafedranın müəllimi Səadət Ağakişiyeva Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə ” Sosial layihələr” müsabiqəsinə “Nağıllar hamı üçün” layihəsini təqdim etmişdir.

Новости

Mingəçevir Dövlət Universitetində “Su–Enerji–Qida əlaqəsi və davamlı inkişaf” mövzusunda maarifləndirici təlim keçirilib

Mingəçevir Dövlət Universitetində “Su–Enerji–Qida əlaqəsi və davamlı inkişaf” mövzusunda maarifləndirici təlim keçirilib

Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə Mingəçevir Su Elektrik Stansiyasında (SES) “Su–Enerji–Qida əlaqəsi və davamlı inkişaf” mövzusunda genişmiqyaslı maarifləndirici təlim keçirilib.

Mingəçevir Dövlət Universitetinin tələbələri üçün “Bioenerji və tullantılardan enerji istehsalı texnologiyaları” mövzusunda təlim keçirilib

Mingəçevir Dövlət Universitetinin tələbələri üçün “Bioenerji və tullantılardan enerji istehsalı texnologiyaları” mövzusunda təlim keçirilib

2026-cı ilin 21 fevral tarixində Mingəçevir Su Elektrik Stansiyasında (SES) Mingəçevir Dövlət Universitetinin Energetika və Mexanika kafedralarının birgə təşkilatçılığı ilə

Mingəçevir Dövlət Universiteti və AzTU-nun təşkilatçılığı ilə “Azərbaycan İES” MMC-də enerji klasteri çərçivəsində vorkşop keçirilib

Mingəçevir Dövlət Universiteti və AzTU-nun təşkilatçılığı ilə “Azərbaycan İES” MMC-də enerji klasteri çərçivəsində vorkşop keçirilib

2026-cı ilin 13 fevral tarixində Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan İES” MMC-də “Azərbaycanda elektrik

Mingəçevir Dövlət Universitetinin tələbələri üçün universitet-sənaye əməkdaşlığı nümunəsi: “Azərbaycan İES” MMC-də Açıq dərs

Mingəçevir Dövlət Universitetinin tələbələri üçün universitet-sənaye əməkdaşlığı nümunəsi: “Azərbaycan İES” MMC-də Açıq dərs

“Elm, təhsil və istehsalat – birgə çalışmalıdır”. 2025-ci ilin 3 noyabr tarixində AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilmiş konfransda çıxış