MDU tələbələri ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr edilmiş idman festivalında uğurlu nəticələr əldə ediblər

  • Рубрика записиMDU xəbərləri

2024-cü il mayın 10-da Mingəçevir şəhər İcra Hakimiyyəti və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş idman festivalı keçirilb.

Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin, Mərkəzi Aran Gənclər və İdman İdarəsinin, şəhər təhsil sektorunun rəhbərliyi, şəhər ictimaiyyəti, ümumtəhsil müəssisələrinin, orta təhsil müəssisələrinin və Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup professor-müəllim heyəti üzvləri, şagird, tələbə və magistrantlar iştirak ediblər.

Tədbirin açılışında Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək, Heydər Əliyevin dövlətçilik ənənələri, Azərbaycanın gələcəyi olan gənclərə olan diqqəti və qayğısından, azərbaycançılıq ideologiyasının təbliği ilə gələcək nəsilə ötürülməsi, idmanın sağlam ruhun formalaşmasındakı rolu haqqında məlumat verib.

Daha sonra, iştirakçılar festival çərçivəsində keçirilən əl işlərindən ibarət sərgiyə, dama, voleybol, futbol, basketbol və dama yarışlarında iştirak edən şagird və tələbələrin oyunlarına baxış keçirib.

Sonra festival çərçivəsində keçirilən idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi təşkil olunub.

Dama idman növü üzrə MDU-nun tələbələrindən Ayşən Abdullayeva II yer, Alış Kərimli III yerə, voleybol idmanında isə universitetin komandası I yerə çıxıb. Yer tutan şagird və tələbələr təltif olunublar.

Qeyd edək ki, Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğinə xüsusi önəm verilir və bu məqsədlə müxtəlif formatlı tədbirlərin təşkili diqqət mərkəzində saxlanılır.