Azərbaycan Respublikasının QHT-lərə Dövlət Agentliyinin dəstəyi, Erasmus Tələbə Şəbəkəsi Azərbaycan İB-nin təşkilatçılığı və Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İB-nin tərəfdaşlığı ilə “ESN4Culture: Azerbaijani Culture and Art Festival” adlı mədəniyyət və incəsənət festivalı təşkil olunub.
Azərbaycanda təhsil alan əcnəbi tələbələrə ölkə mədəniyyətini, incəsənətini təbilğ etmək məqsədilə keçirilən festivalda Aran bölgəsini Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqogika və psixologiya kafedrasının əməkdaşları təmsil edib.
Bakı şəhərində keçirilən, ümumilikdə 200-dən çox əncəbi tələbənin qatıldığı festivalda milli mədəniyyət və incəsənət nümunələrinin, Azərbaycan kulinariyası, musiqisi, rəqsləri və qədim adət-ənənələrinin tanıdılması istiqamətində müxtəlif bölgələrdən nümayəndələr sərgi və stendlər quraraq iştirak ediblər.
MDU təmsilçiləri tərəfindən Aran bölgəsinin mətbəxinə aid yemək və şirniyyat nümunələri nümayiş etdirilib.
Təşkil edilmiş festival qonaqlar və əncəbi tələbələr tərəfindən maraqla qarşılanıb.