19 sentyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin (KTDİŞ) iclası keçirilib. İclas universitetin əsas korpusunun akt zalında baş tutub.
İclasın sədri şöbənin müdiri Azad Mirzəbəyov, katibi isə şöbənin mütəxəssisi Aytən Musayeva olub. Fakültə və dekanlıqlardan seçilmiş keyfiyyət nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda gündəlikdə duran məsələlər müzakirə edilib.
Gündəlikdə sorğular və onların nəticələri, təklif və rəy qutularına nəzarət və aktivliyin təmin olunması, sillabusların yoxlanılması, yeni işə qəbul olunmuş müəllimlərə dəstək mexanizmləri, açıq dərslərdə müasir təlim texnologiyalarının tətbiqi vəziyyəti, beynəlxalq akkreditasiya prosesinə hazırlıq, ISO 9001 və ISO 21001 standartları üzrə sertifikatların əldə olunması istiqamətində görüləcək işlər, keyfiyyət nümayəndələrinin fəaliyyətinin təşkili (struktur bölmələri, müəllim, tələbə və məzunlarla iş, məlumatlandırma, dataların toplanması və sənədləşdirilməsi) və fəaliyyət planlarının SİP-a uyğun icrasına nəzarət mexanizmləri mövzuları ətrafında çıxış və müzakirələr aparılıb.
İclasda çıxış edənlər universitetdə tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, idarəetmədə şəffaflığın təmin olunması və beynəlxalq standartlara uyğun inkişaf istiqamətləri barədə fikir və təkliflərini bölüşüblər.
MDU rəhbərliyi tərəfindən vurğulanıb ki, keyfiyyət təminatı sahəsində aparılan tədbirlər universitetin strateji hədəflərinə uyğun şəkildə davam etdiriləcək.