Təlimin əsas məqsədi iştirakçılara müasir insan resursları idarəçiliyi alətləri, işçi performansının qiymətləndirilməsi metodları və effektiv karyera planlaşdırılması yolları barədə praktiki bilik və bacarıqlar qazandırmaq olmuşdur. Təlim interaktiv formatda, iştirakçıların fikir mübadiləsi və təcrübə paylaşımı şəklində aparılmışdır.
Təlim zamanı aşağıdakı mövzular əhatə olunmuşdur:
- İnsan resurslarının strateji rolu və təşkilati inkişafda əhəmiyyəti
- Karyera inkişafının planlaşdırılması və fərdi inkişaf strategiyaları
İştirakçılar qrup işləri, real кейslərin müzakirəsi və praktiki tapşırıqlar vasitəsilə mövzunu daha dərindən mənimsəmişlər.
Təlimçi Arzu Əlləzova vurğulamışdır ki, insan resurslarının düzgün qiymətləndirilməsi və işçilərin karyera inkişafına dəstək verilməsi təşkilatların dayanıqlı inkişafına birbaşa təsir göstərir.
Təlimin sonunda iştirakçılar qeyd etmişlər ki, keçirilən təlim onların peşəkar inkişafına mühüm töhfə vermişdir və əldə etdikləri bilikləri gələcək fəaliyyətlərində tətbiq edəcəklər.