MDU-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində intellektual oyun keçirilib

Mingəçevir Dövlət Universiteti (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə “Yaşıl Dünya Naminə Həmrəylik ili”nə həsr olunmuş intellektual yarış keçirilib.

Yarışın açılışında çıxış edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. Bildirib ki, təhsil sistemində aparılan təkmilləşdirmənin əsas hədəflərindən biri də tələbələrin potensialının gücləndirilməsi, fərdi bacarıqlarının aşkarlanması və inkişaf etdirilməsidir.

İqtisadiyyat və idaəetmə fakültəsinin dekanı Nüşabə Qədimli yarışda iştirak edən tələbələrə uğurlar arzulayıb. O,  bu sahədə MDU rəhbərliyinin göstərdiyi xüsusi diqqətdən danışıb. Bildirib ki, universitetdə keçirilən intellektual oyunların və digər sosial tədbirlərin gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, komanda ruhunun gücləndirilməsi və komanda ilə iş bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Açılış nitqlərindən sonra tələbələrdən ibarət 16 komanda mübarizə aparıblar. Hər biri 12 sualdan ibarət 2 mərhələdə keçirilən yarışda toplanılan ballara əsasən I yerdə “OK!”, II yerdə “Luffy” və III yerdə “Apollon” komandası qərarlaşıb.

Sonda qalib komandalar təltif olunublar.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MDU-da müxtəlif tədbirlər keçirilir.