Вы сейчас просматриваете İspaniyanın Valladolid Universiteti Erasmus+  proqramı çərçivəsində tələbə qəbulu elan edir

İspaniyanın Valladolid Universiteti Erasmus+  proqramı çərçivəsində tələbə qəbulu elan edir

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+  proqramı çərçivəsində İspaniya Krallığının Valladolid Universiteti (University of Valladolid, UVAç Erasmus+ KA171) bakalavriat və magistratura təhsil səviyyəsi üzrə 2024-2025-ci tədris ilinin hər iki semestri üçün tələbə qəbuluna başlayıb.

Mübadilə Mingəçevir Dövlət Universiteti (MDU) və Valladolid Universiteti arasında “Erasmus+” proqramı çərçivəsində imzalanmış ikili saziş əsasında  həyata keçiriləcək.

Proqramda iştirak etmək üçün tələblər aşağıdakılardır:

– İngilis dili sertifikatının surəti (İELTS/TOEFL-minimum B2 səviyyədə);   

– Akademik istiqamətin uyğunluğu;

– Motivasiya məktubu;

– Tövsiyə məktubu;

– CV;

– Digər sənədlər.

Son müraciət tarixi 15 May 2024-cü ildir.

Ətraflı məlumat və müraciət üçün  Mingəçevir Dövlət Universitetinin Beynəlxalq Əməkdaşlıq Ofisinə müraciət edə bilərsiniz (əsas bina, otaq 211).

e-mail: samira.ahmadova@mdu.edu.az

Əlavə məlumat üçün aşağıda göstərilmiş link vasitəsilə keçid edin:

– The project is not based on nominations, so the students MUST apply for the scholarship through the website:https://uvamobplus2.uva.es/publico/inicio

– Call for Applications with all the information to apply for the opportunities: https://uvamobplus2.uva.es/publico/download/62/en/Convocatoria_Completa_EN.pdf

– For disseminating purposes you check UVA blog for Erasmus+ KA107 scholarship holders where some experiences are shown: https://erasmusplusuva.wordpress.com