Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsinin təşkilatçılığı ilə Mingəçevir şəhər Asan Peşə Təhsil Mərkəzində “Stereotipsiz kadr” mövzusunda videoçarx müsabiqəsi keçirilib.
Gender və sosial bərabərlik mövzusuna həsr olunan müsabiqədə iştirakçılar hazırladıqları videoçarxlarla çıxış edərək mövzu ilə bağlı baxış və yanaşmalarını təqdim ediblər.
Tədbiri Pedaqogika və psixologiya kafedrasının müəllimi Aydın Kərimov idarə edib. Müsabiqənin təşkilində tələbələr Leyla Həsənzadə (TPX24), Sübhanə Abuşova (TPX24) və Raifə Mustafazadə (TPX25) koordinator qismində iştirak ediblər.
Müsabiqədə Cəmilə Bayramlı (magistrant), Sevinc Qurbanlı (MT22.1), Şəbnəm Əliyeva (FİL24), Fatimə Cəlilova (MQ25.1), Sədaqət Məhərrəmova (Sİ25.1) və Züleyxa Behbudzadə (TPX25) iştirak ediblər.
Müsabiqənin nəticələrinə əsasən I yerə Sevinc Qurbanlı, II yerə Cəmilə Bayramlı, III yerə isə Züleyxa Behbudzadə layiq görülərək sertifikatlarla təltif olunublar. Digər iştirakçılar isə Pedaqoji fakültənin dekan müavini Gülnarə Qurbanova tərəfindən sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, bu kimi təşəbbüslər gənclər arasında sosial məsuliyyət, bərabərlik dəyərlərinin təşviqi və cəmiyyətdə stereotiplərin aradan qaldırılması istiqamətində maarifləndirici fəaliyyətlərin genişləndirilməsinə xidmət edir.