MDU əməkdaşlıq etdiyi Qırğız İqtisad Universitetinin yubiley mərasimində təmsil olunub

  • Рубрика записиBeynəlxalq

2023-cü ilin oktyabrın 25-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Bişkekdə M.Rıskulbekov adına Qırğız İqtisad Universitetinin (KEU) 70 illik yubileyinə həsr olunan təntənəli mərasimdə iştirak edib.

Yubiley tədbirinə Qırğız Respublikasının Baş nazirinin müavini, Qırğız Respublikasının təhsil və elm naziri, dövlət rəsmiləri, yerli və xarici universitetlərin rektorları və digər qonaqlar qatılıblar.

MDU-nun rektoru Ş.Bayramov yubiley mərasimində çıxış edib. KEU-nun zəngin ənənələrə və müasir vizyona malik olduğunu, Qırğız Respublikasının ali təhsil sistemində özünəməxsus və innovativ mövqeyi ilə fərqləndiyini vurğulayan rektor bu ali təhsil müəssisəsi ilə əməkdaşlıdan məmnunluğunu ifadə edib və kollektiv üzvlərinə yubiley təbriklərini çatdırıb.

Tədbir çərçivəsində, həmçinin KEU-nun professor-müəllim heyətinin elmi və tədris-metodiki işlərinin sərgisi keçirilib.

Qeyd edək ki, MDU və KEU arasında əməkdaşlığın əsası 2022-ci ilin sentyabrın 16-da Bişkekdə Dünya Rektorlar Forumunda hər iki ali təhsil müəssisəsinin rəhbərləri tərəfindən Anlaşma Memorandumunun imzalanması ilə qoyulub.