Вы сейчас просматриваете MDU aliminin həmmüəllifi olduğu monoqrafiya Almaniyada çap olunub

MDU aliminin həmmüəllifi olduğu monoqrafiya Almaniyada çap olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) Riyaziyyat kafedrasının müəllimi Səriyə Allahverdiyevanın həmmüəllifi olduğu “Kompüter modelləşdirməsi. Kompüter modelləşdirməsinin elmi eksperimentlərdə tətbiqi” adlı yeni monoqrafiya Almaniyada çap olunub. Almaniyanın “Lambert Academic Publishing” nəşriyyatında çap edilən kitab fizika, kimya, ekologiya, iqtisadiyyat və digər sahələrdə kompüter modelləşməsinin tətbiqinə həsr olunub.

Monoqrafiyadan tədqiqatçılar, ali təhsil müəssisələrində işləyən müəllimlər, tələbə və magistrantlar faydalana bilərlər.

Qeyd edək ki, bundan əvvəl, S.Allahverdiyevanın həmmüəllifi olduğu və 2021-ci ildə çap edilmiş “Kompüter riyaziyyatında məlumatların təhlükəsizliyinin texniki-texnoloji və metodoloji xüsusiyyətləri” adlı monoqrafiyası həmin ilin iyun-iyul aylarında Londonda keçirilmiş “London Book Fair” kitab sərgisində iştirakçı sertifikatı və qızıl medalla təltif olunub.