Türkiyəli professor “Lider və Liderlik” mövzusunda Mingəçevir Dövlət Universitetinin müəllim və tələbələrinə seminar keçib

Mingəçevir Dövlət Universitetinin (MDU) Təcrübə və Karyera İnkişafı Mərkəzinin təşkilatçılığı ilə “Lider və Liderlik” mövzusunda onlayn seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən baş tutan tədbirdə Türkiyənin Ankara Hacı Bayram Veli Universitetinin Turizm fakültəsinin professoru Evren Güçer məruzəçi qismində çıxış edib.
Professor Evren Güçer təqdimatında müasir liderlik modelləri, effektiv komanda idarəetməsi, liderin şəxsi inkişaf strategiyaları və turizm sahəsində liderlik təcrübələri mövzularından bəhs edib. O, gənc müəllim və tələbələrlə şəxsi təcrübələrini bölüşərək onları gələcək karyera hədəfləri istiqamətində fəal olmağa çağırıb.
Seminarda MDU-nun gənc müəllimləri və turizmyönümlü ixtisaslarında təhsil alan tələbələr iştirak edib və mövzu üzrə suallarını ünvanlayıblar.
Qeyd edək ki, tədbir tələbələrin liderlik bacarıqlarının inkişafına dəstək vermək və onların peşə hazırlığını gücləndirmək məqsədi daşıyıb.