2025-ci ilin 30 dekabr tarixində Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “MARGİİ-2025” adlı ilin yekun tədbiri keçirilib.
Tədbir çərçivəsində 2025-ci il ərzində region üzrə gənclər siyasəti sahəsində həyata keçirilən fəaliyyətlər təqdim olunub, il ərzində fəallığı ilə seçilən qurum və təşkilatların işi yüksək qiymətləndirilib.
“MARGİİ-2025” tədbiri zamanı Mingəçevir Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il münasibətilə 2025-ci il ərzində gənclər siyasəti sahəsində keçirilən tədbirlərdə fəal əməkdaşlıq etdiyinə və uğurlu fəaliyyətinə görə təşəkkürnamə ilə təltif olunub.
Təltif Mingəçevir Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının regionda gənclərin ictimai fəallığının artırılması, vətənpərvərlik ruhunun gücləndirilməsi və gənclər siyasətinin uğurla icrasına verdiyi töhfələrin göstəricisi kimi dəyərləndirilib.