MDU-da dəyirmi masa: Heydər Əliyev və Azərbaycan dili

Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev ili çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib.

Dəyirmi masada giriş sözü ilə çıxış edən MDU-nun Təhsil fakültəsinin dekanı, dosent Nizami Zeynalov ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı üçün göstərdiyi müstəsna xidmətlərdən söhbət açıb və Ulu Öndərin yüksək intellekti, vətənə və ana dilimizə sonsuz məhəbbətinin bu tarixi missiyada misilsiz rol oynadığını qeyd edib.

Sonra MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova və kafedranın əməkdaşı, əməkdar müəllim Könül Aydın çıxış ediblər. Çıxışlarda əbədiyaşar lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafı ilə bağlı həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasətdən, yaradıcı insanlara, şair və yazıçılara göstərdiyi diqqət və qayğıdan bəhs edilib.

Çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində MDU-da müxtəlif tədbirlər keçirilir.