MDU-da “İnformasiya texnologiyaları” gecəsi

  • Рубрика записиXəbərlər (AZ)

MDU-da “İnformasiya texnologiyaları” gecəsi

Mingəçevir Dövlət Universitetində Mühəndislik fakültəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə İnformasiya texnologiyaları sahəsi üzrə bilik yarışması keçirilib. Tədbirdə fakültə rəhbərliyi, kafedra müdirləri, ixtisas kafedrasının professor, müəllim və tələbə heyəti iştirak edib.

Münsiflər heyətinin tərkibi Mühəndislik fakültəsinin dekanı, dosent Vüqar Mustafayevdən, “Təhsildə Keyfiyyətə Təminat və Nəzarət Mərkəzinin direktoru, “Pedaqogika və psixologiya” kafedrasının baş müəllimi Səbinə Quliyevadan və ixtisas kafedrasının müdiri, tex.f.d. Aidə Mustafayevadan ibarət olub.

Tədbiri giriş sözü ilə Mühəndislik fakültəsinin dekanı, dosent Vüqar Mustafayev açıb. Vüqar Mustafayev bilik yarışını tələbələrin tədris dövründəki inkişafında, təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşdirilməsində və peşəkar kadr kimi yetişməsində mühüm addım kimi dəyərləndirib. Tələbələrə informasiya texnologiyalarının insana və cəmiyyətə böyük təsiri olduğu dövrümüzdə, ən son texnologiyalara yiyələnən, özünü inkişaf etdirən, tədris və tədqiqatları ilə cəmiyyəti daim yüksək səviyyələrə qaldıran və xüsusiylə mənəvi və etik dəyərlərə bağlı olan kompüter mühəndisləri və İT mütəxəssisləri yetişdirdiyini vurğulayıb. Tələbələrə uğurlar diləyib.

Komandaların biliyinin qiymətləndirilməsi üçün 5 ballı qiymətləndirmə sistemindən istifadə edilərək, hər suala 1 bal verilib.

Keçirilən bilik yarışmasın Hardware (aparat təminatı); Software (proqram təminatı); Veb texnologiya; Multimedia texnologiyalarından mövzuları təyin edilib.

Yarış iki raundan ibarət olub. Bilik yarışmasında İnformasiya texnologiyaları kafedrasının 4 ixtisas qrupu mübarizəyə qoşulub: IV tədris ilinin – İT15 saylı qrupu, III tədris ilinin – İT16 saylı qrupu, II tədris ilinin – İT17 saylı qrupu və I tədris ilinin – İT18 saylı qrupu.

Beləliklə, İT16 saylı qrupdan iki komanda: İT16(1) və İT 16(2); İT 17 saylı qrupdan iki komanda: İT 17(1) və İT17(2) və İT15 saylı qrupdan bir komanda İT15, İT18 saylı qrupdan bir komanda münsiflər heyətinin qarşısına çıxıblar.

I raund 3 mərhələdən ibarət olub İT16(2) komandası qalib oldu.

II raundun final mərhələsinə İT16(2) komandası, İT16(1) komandası və İT17(1) komandası iştirak etmək hüququ qazanmışdır. Komandalara 10 sual təqdim olunmuş və sualların cavablandırılmasına 5 dəqiqə vaxt verilmişdir 5 dəqiqə vaxt ərzində komandalar sualların cavablarını yazılı şəkildə münsiflər heyətinə təqdim etdilər. Cavabların nəticələri ilə tədbir iştirakçıları məlumatlandırıldı və münsiflər heyətinin qərarı ilə İT16(2) komandası 4 balla – I yerə, İT16(1) komandası 3 balla – II yerə və İT17(1) saylı qrupun komandası 2 balla – III yerə layiq görülüblər. Komandalara uyğun olaraq sertifikat, pul mükafatı və kubok təqdim olunub.

 

{phocagallery view=category|categoryid=106|limitstart=0|limitcount=0}