MDU-da “INNOSTART” maarifləndirmə proqramı çərçivəsində görüş keçirilib

  • Рубрика записиMDU xəbərləri

2023-cü il mayın 19-da Mingəçevir Dövlət Universitetində (MDU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və “SUP.VC” şirkətinin təşkilatçılığı ilə regionlarda startap ekosistemi üzrə “INNOSTART” maarifləndirmə proqramı çərçivəsində görüş keçirilib.

Gənclərin potensialının üzə çıxarılması və inkişaf etdirilməsi, onların innovativ ideyalarının dəyərləndirilməsi və startap quruculuğuna həvəsləndirilməsi məqsədi daşıyan görüşdə MDU-nun bir qrup tələbə və magistrantı iştirak edib.

Görüş iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov müasir dövrdə universitetlərdə startap fəaliyyətlərinin önəmini diqqətə çatdırıb, tələbələri bu istiqamətdə daha fəal olmağa çağırıb və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Sonra, görüş startap quruculuğu ilə bağlı müxtəlif mövzularda təqdimatlarla davam edib. Təqdimatlar zamanı startap layihələrinin hazırlanması və inkişaf etdirilməsi, startap fəaliyyətlərinin ölkə iqtisadiyyatına verdiyi faydalar, qazandırdığı bilik və bacarıqlar barədə məlumatlar verilib və praktiki tapşırıqlar yerinə yetirilib Maraqla qarşılanan tədbirdə mövzu ətrafında fikir mübadiləsi aparılıb və təqdim edilən suallar cavablandırılıb.