MDU-da “İngilis dili” gecəsi

  • Рубрика записиXəbərlər (AZ)

MDU-da “İngilis dili” gecəsi

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Mingəçevir Dövlət Universitetində silsilə tədbirlərlə qeyd edilir. Bu baxımdan İngilis dilində keçirilən tematik ədəbi-bədii gecə orjinallığı və forma rəngarəngliyi ilə diqqəti çəkib.

Tədbirdə Mingəçevir Dövlət Universitetin rektoru Akif Hacıyev, Tərbiyə işləri üzrə prorektor Rövşən Əliyev, Pedaqoji fakültənin dekanı Nizami Zeynalov, “Xarici dillər” kafedrasının müdiri, dosent Zemfira Əzizova, ixtisas kafedrasının müəllimləri və tələbələr iştirak edib.

İlk öncə Dövlət bayrağı tədbirə gətirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

“Xarici dillər” kafedrasının müdiri, dosent Zemfira Əzizovanın bir başa dəstəyi ilə MDU-nun İngilis dili müəllimliyi ixtisasının I, II və III tədris ili tələbələri kafedranın baş müəllimi Telman Qarayevin rəhbərliyi ilə ingilis ədəbiyyatının tanınmış şairi və yazıçılarından Bayron, Şekspir, Uliyam Genri Deyvis və digərlərinin əsərlərindən ifa etdikləri bədii parçalar iştirakşıların zövqünü oxşayıb.

Qeyd edək ki, tədbir rəngarəngliyi ilə seçilib. Sonra ixtisas kafedrasının 6 nəfər tələbəsi “100 il əvvəl” …. Azərbaycan Demokratik Respublikası haqqında qısa məlumat veriblər.

Səməd Vurğunun Ənvər Rza tərəfindən ingilis dilində tərcümə olunmuş “Azərbaycan” poeması ixtisas kafedrasının 5 tələbəsinin ifasında səsləndirilib.

Tələbələrdən Aytən və Aytac “Mənim kimi səni sevirəm” mahnısı ifa edilib.

I kurs tələbələri Zeynəb, Fidan və Günay yumoristik hekayə söyləyiblər.

Emiliya və Songül “Eurovision” mahnı müsabiqəsinin qalibi olmuş “Dum Tek Tek” mahnısını ingilis dilində ifa edilməsi gecəyə əlvanlıq, rəngarənglik qatıb, iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Emiliya və Songülün, Şəbnəm və Həmzənin, Qönçə, Aydan və Ləmanın digər obrazlı çıxışları da yadda qalan olub.

Gecədə səsləndirilən şerlər, mahnılar, parodiyalar, səhnəciklər tələbələrin ingilis dilində bilik və bacarıqlarının nümayişi olub. Tədbir boyu ifa olunan şeir və mahnılarda vətənpərvərlik, doğma yurda məhəbbət, Azərbaycançılıq ideyaları təbliğ edilib.

Mingəçevir Dövlət Universitetin rektoru Akif Hacıyev tematik gecənin yekununda maraqlı və məzmunlu tədbirə görə təşkilatçılara minnətdarlığını bildirib. Universitet rəhbəri belə tədbirlərin tələbələrin hərtərəfli formalaşmasında, zəngin dünyagörüşünə malik olmalarında mühüm rol oynadığını xüsusi vurğulayıb. Tələbələri qarşıdan gələn əlamətdar günlər, Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibətilə təbrik edib, uğurlar diləyib.

{phocagallery view=category|categoryid=96|limitstart=0|limitcount=0}