24 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Energetika kafedrasının əməkdaşları 2024/2025-ci tədris ili üzrə kafedranın fəaliyyət planına uyğun olaraq, əmək bazarının nümayəndələri ilə görüşüb. Görüşdə “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, Texniki İstehsalat şöbəsinin rəisi Ramiz Qasımov, Kadrlar şöbəsinin rəisi Firuzə Cəbiyeva, Energetika kafedrasının müdiri dosent Ülkər Aşurova, kafedranın baş müəllimi, texnika üzrə fəlsəfə doktoru Liliya Süleymanova və müəllim Elsevər Cəfərli iştirak ediblər. Görüş zamanı universitet-sənaye əməkdaşlıq çərçivəsində əlaqələrin daha da genişləndirilməsi, Energetika mühəndisliyi ixtisasının təhsil proqramı üzrə əmək bazarının əsas ehtiyacları və tələbləri, birgə fəaliyyətin, o cümlədən elmi-tədqiqat işlərinin aparılması, magistrantlara aktual dissertasiya mövzularının verilməsi, tələbələrin stansiyaya infoturlarının təşkili, məzunların işlə təmin olunması və s. məsələlər ətrafında geniş müzakirələr aparılıb.
MDU-nun Energetika kafedrasının əməkdaşları əmək bazarının nümayəndələri ilə görüşüb
- Запись опубликована:25.02.2025
- Рубрика записиEnergetika / MDU xəbərləri
Вам также может понравиться

Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsi ilə Düzce Universitetinin İşletme fakültəsi rəhbərliyi arasında online iclas

Payız sessiyasının imtahan sessiyası uğurla davam edir

Üzündən nur yağan şəhər

Mingəçevir Dövlət Universitetinin İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə “Akademik heyət üçün rəqəmsal bacarıqlar və İKT-nin təhsildə tətbiqi” mövzusunda təlim keçiriıib

MDU-da “Dayanıqlı qida sistemi yolunda prioritet – təhlükəsizlik” mövzusunda elmi-praktik seminar keçirilib

MDU-nun tələbəsi Alpaqut Turan döyüş sənəti üzrə qara kəmərin sahibi olub

Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır
