MDU kollektivi Mingəçevir Telekommunikasiya Qovşağında infoturda olublar

  • Рубрика записиMDU xəbərləri

2022-ci ilin 26 aprel tarixində Mingəçevir Dövlət Universiteitnin (MDU) Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları kafedrasının bir qrup əməkdaşı, tələbə və magistrantları “Aztelekom” MMC-nin tabeliyində fəaliyyət göstərən Mingəçevir Telekommunikasiya Qovşağında (MTQ) infoturda olublar.

İnfotur MDU-da informasiya texnologiyaları ixtisası üzrə təhsil alan tələbələrin praktiki bilik və bacarıqlarının artırılıması, müasir telekommunikasiya sistemlərinin qurulmasında istifadə edilən cihazlar və onların iş prinsipləri ilə yaxından tanışlığın təmin edilməsi məqsədi daşıyıb.

İnfotur zamanı iştirakçılar MTQ-nin bölmələri və laboratoriyaları ilə tanış olublar, onların fəaliyyətləri ilə bağlı məlumatlar əldə ediblər.

İnfoturun ikinci hissəsində MDU-nun Mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva “Kompüter şəbəkələri və internet”, İnformasiya texnologiyaları kafedrasının müdiri Aidə Mustafayeva “İnformasiyanın ötürülməsində şəbəkə texnologiyalarının rolu”, MTQ-nin Kommutasiya və transmissiya şöbəsinin rəisi Rafil Məhərrəmov “Telekommunikasiya avadanlıqlarının keçmiş və indiki vəziyyəti” və IT mütəxəssisi Babək Əsərov “Müasir informasiya texnologiyaları” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda infotur iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə, təhsilalanların dünyagörüşünün, praktiki bilik və bacarıqlarının artırılmasına töhfə verən müvafiq infoturların və ekskursiyaların təşkilinə xüsusi önəm verilir.