MDU nümayəndə heyəti Ankarada Anıtqəbiri və Heydər Əliyev adına Parkı ziyarət ediblər

  • Рубрика записиBeynəlxalq

2023-cü il iyunun 21-də Mingəçevir Dövlət Universitetinin (MDU) Ankarada səfərdə olan nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə olan Anıtqəbiri və müasir Azərbaycanın qurucusu Ulu Öndərimizin adını daşıyan Heydər Əliyev Parkını ziyarət ediblər.

Türk dünyasının hər iki dühasının əziz xatirəsini dərin hörmət və ehtiramla anan nümayəndə heyəti təşkilati dəstəyə görə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, MDU-nun Ankarada olan nümayəndə heyəti səfər çərçivəsində Qazi Universiteti və Ankara Hacı Bayram Vəli Universiteti ilə birlikdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfranslar təşkil olunub və hər iki ali təhsil müəssisəsinin fakültələrində silsilə görüşlər keçirilib.