MDU-nun nümayəndə heyəti Ankarada Türkiyə Respublikasının yeni təyin olunmuş Milli təhsil naziri ilə görüşüb

  • Рубрика записиBeynəlxalq

2023-cü il iyunun 20-də Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə heyəti Ankaraya səfəri çərçivəsində Türkiyə Respublikasının yeni təyin olunmuş Milli təhsil naziri Yusuf Tekinlə görüşüb.

Y.Tekini yeni təyinatı münasibətilə təbrik edən MDU-nun rektoru Şahin Bayramov ona məsul məzifəsinin icrası zmaanı uğurlar arzulayıb. Rektorluq etdiyi dövrdə Ankara Hacı Bayram Veli Üniversitesi ilə Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlığın inkişafına əvəzsiz xidmətlərinin olduğunu diqqətə çatdıran Ş.Bayramov Y.Tekinə təşəkkürünü bildirib.

Göstərilən diqqət və ziyarətə görə minnətdarlığını bildirən Y.Tekin iki ölkə arasında hərtərəfli inkişafın günü-gündən artmasından məmnunluğunu ifadə edib.