MDU-nun rektoru Şahin Bayramov tədris ilinin ikinci semestrinin başlanması münasibətilə kollektivi təbrik edib

  • Рубрика записиXəbərlər (AZ)

                     Hörmətli Mingəçevir Dövlət Universitetinin əməkdaşları!

            Əziz tələbələr və magistrantlar!

 2020-ci ilin 17 fevral tarixində 2019/2020-ci tədris ilinin yaz semestri başlayır. Əminəm ki, bu semestr hər birinizin tədris və elmi fəaliyyətində növbəti uğurlu mərhələ olacaqdır.

Tələbə və magistrantlarımıza MDU ailəsinin professor-müəllim heyətinin yüksək potensialından maksimal dərəcədə faydalanmağı tövsiyyə edirəm.

Bütün əməkdaşlarımızı müasirləşmə yolunda olan MDU-nun gələcək uğurlarında pay sahibi olmağa dəvət edirəm.

                                

           Hörmətlə, MDU-nun rektoru Şahin Bayramov