MDU tələbələri 31 Mart – Azərbaycanlıların Soyqırımını anıblar

  • Рубрика записиXəbərlər (AZ)

MDU tələbələri 31 Mart – Azərbaycanlıların Soyqırımını anıblar

Mingəçevir Dövlət Universiteti Pedaqoji fakültəsində Tələbə Elmi Cəmiyyətinin 31 Mart – Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş elmi-nəzəri konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə fakültə dekanı, dosent Nizami Zeynalov açıb və iştirakçılardan Azərbaycanlıların Soyqırımında Şəhid olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad etmələrini xahiş etdi.

Sonra konfrans işinə davam etdirdi. Nizami Zeynalov qeyd etdi ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.  

Sonra Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş elmi-nəzəri konfransda tələbələrin hazırladıqları məruzələr dinlənilib. I tədris ili, AƏ17 saylı qrupun tələbəsi Nuranə Cəfərova ““Böyük Ermənistan” siyasətinin azərbaycanlı qurbanları” (elmi rəhbər: b/m. İlham Məmmədov);  I tədris ili, İS17.1 saylı qrupun tələbəsi Çiçək Cavadzadə “Xalqımıza qarşı törədilən soyqırımı cinayətlərinə hüquqi-siyasi qiymət” (elmi rəhbər: Vüsalə Mövlayeva); II tədris ili, AƏ16 saylı qrupun tələbəsi Türanə Abdurəhmanova “Soyqrımları tariximizin ədəbi-bədii əsərlərdə təcəssümü” (elmi rəhbər: fil.f.d. Günel Yunusova) mövzularında cıxış etmişlər.

Sonra fakültə dekanı Nizami Zeynalov qeyd etdi ki, Azərbaycanlıların Soyqırımı ilə bağlı konfransımız başa çatdı. İndi isə TEC-in konfransının ikinci hissəsində isə fakültənin ixtisaslarına uyğun olaraq tələbələr hazırlaqdıqları elmi-tədqiqat işlərini nəzərinə çatdıracaqlar. I tədris ili, R17 saylı qrupun tələbəsi Aidə Yusibova “Dirixle prinsipi” (elmi rəhbər: dos. Müsəllim Hümmətov); I tədris ili, XD17 saylı qrupun tələbəsi Təranə Hacıyeva “Əsil Şekspir kimdir?” (elmi rəhbər: Nərgiz Kərimova); I tədris ili, MT17.1 saylı qrupun tələbəsi Aytac Abdullayeva “Böyük bağça yaşı dövründə uşaqlarda tolerantlıq tərbiyəsi” (elmi rəhbər: b/m. Səbinə Quliyeva); I tədris ili, qrup Rİ17 saylı qrupun tələbəsi Nurlanə İbrahimova “Riyazi induksiya üslubunun mahiyyəti” (elmi rəhbər: b/m. Sabir Babuşov); I tədris ili, İS17.2 saylı qrupun tələbəsi “Məcburi köçkün uşaqlarının tərbiyəsi Azərbaycan psixologiyasının problemi kimi” (elmi rəhbər: Ayşən İsmayılova); I tədris ili, MT17.2 saylı qrupun tələbəsi “Müəllim nüfuzunun artırılması müasir dövrün tələbidir” (elmi rəhbər: Ülviyyə Verdiyeva) mövzularında cıxış etmişlər. Tələbələr konfrans iştirakçılarının suallarını cavablandırıb.

Sonda Mingəçevir Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru, professor Veysəl Əyyubov konfransın işi ilə bağlı çıxış edib. Tələbələrə gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

{phocagallery view=category|categoryid=50|limitstart=0|limitcount=0}