MDU tələbələri “Riyaziyyat gecəsində”

  • Рубрика записиXəbərlər (AZ)

MDU tələbələri “Riyaziyyat gecəsində”

Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsində həmişə bir-birindən maraqlı tədbirlər keçirilir. 22 dekabr 2018-ci il tarixdə reallaşdırılan gözəl əhval-ruhiyyəli tədbir, “Riyaziyyat” kafedrasının təşkilati dəstəyi ilə “Dünya Azərbaycanlılarının Həmrəylik gününə və elm aləminin Şahı Nəsrəddin Tusinin həyat və elmi yaradıcılığına” həsr olunmuş “Riyaziyyat gecəsi” keçirilib.    

İlk növbədə universitetin foyesində stend və güşələr diqqəti cəlb edib. Məşhur riyaziyyatçıların şəkilləri, bu elmə aid məlumatlar, “Riyaziyyat elmlərin şahı, hesab isə onun tacıdır”, “Riyaziyyat üçün coğrafi sərhəd yoxdur”, “Riyaziyyat üçün böyük dünya tək bir ölkədir” və digər kəlamlar maraq doğururdu.

Tədbirdə universitetin aparıcı alim və mütəxəssisləri, ixtisas kafedrasının pedaqoji heyəti, kafedra müdirləri, KİV nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər. 

Tədbiri giriş sözü ilə fakültənin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Nizami Zeynalov açaraq riyaziyyatçı tələbələrə uğurlar diləyib, tələbələrin riyaziyyat fənni ilə bağlı atdıqları addımı alqışlayıb.

Rİ17 saylı qrupun tələbəsi Aytac Əliyevanın təqdimatı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü: tarixi faktlarla iştirakçıların nəzərinə çatdırılıb.

Sonra isə tələbələr mərhələ üzrə riyaziyyat fənnindəki yeniliklərdən, bir çox riyazi əməllərin hansı üsul və yollarla asanlıqla yerinə yetirilməsindən söhbət açıblar. Misallar üzrə fikirlərini əsaslandıran tələbələr elektron lövhənin köməyilə riyazi əməllərin alınmasını göstərmiş, bir sıra misallarla fikirlərini əsaslandırmışlar.

Rİ17 saylı qrupun tələbəsi Zərnigar Məmmədovanın təqdimatı ilə Nəsrəddin Tusinin həyat və yaradıcılığı, müxtəlif qrupların təqdimatı ilə elm aləmində maraqlı faktlar, digər müxtəlif qrupların təqdimatında Azərbaycanın məşhur riyaziyyatçılarının dünya elminə verdiyi töhfələr maraqla qarşılanmışdır.

Sonra 4 qrup arasında riyazi viktorina yarışması keçirilib. Yarış başa çatdıqdan sonra viktorina qalibləri münsiflərin təqdimatı ilə mükafatlandırılıb.

Tələbələr riyaziyyata aid verdiyi tapmacalar cavablandırıldıqdan sonra riyaziyyat haqqında qısa məlumat veriblər. Rəqəmlərin sirləri haqqında gözəl məntiqli səhnəcik alqışlarla qarşılanıb. 
Milli rəqslərdən sonra tələbələr müdrik kəlamlar söyləyiblər: “Mən öyrətdim onlara, öyrətdim bilik nədir, oxumağı, saymağı dedim bir xəzinədir”, “Elmdə həqiqət həmişə özünə yol açır”, “Bilik – həyatda faydalı olmaq naminə qazanılmalıdır”, “Bütün sənətlərin açarı elm və tərbiyədir”.

Tələbələr özlərinin qoşduqları “Riyaziyyat elmlərin şahıdır” mahnısını ifa ediblər. Digər tələbələr isə riyaziyyatla yanaşı digər fənləri də öyrənmək mütləqdir, vacibdir fikrini söyləməklə bərabər elm haqqında bir neçə şeir də ifa ediblər.

Tədbirin aparıcıları şagirdlər tərəfindən hazırlanan səhnəcikləri iştirakçılara təqdim ediblər. “İlk riyaziyyatçı qadın”, “Triqonometriyanın banisi Əbdül Vəfa”, “Həndəsi qrultay”, “Rəqəmlərin mübahissəsi”, “Qızıl nisbət”, “Fənlərin mübahissəsi” və s. riyazi səhnələr təqdim olunub. Gecədə həmçinin tələbələr tərəfindən riyaziyyata bu elmin inkişafnda danılmaz xidmətləri olan şəxslərə aid şeirlər səsləndirilərək mahnılar ifa ediblər. 

Sonda “Riyaziyyat” kafedrasının müdiri, f.r.f.d., dosent Sahib Mustafayev çıxış edərək bildirib ki, informasiya vasitələrinin inkişaf etdiyi qlobal dünyada insan məlumat bolluğunda üzur. Kütləvi infofmasiya vasitələri beynləri yükləyir. Lakin bunlara baxmayaraq yenə cəmiyyətin, elmli insanın tələbatı ödənmir. Ciddi işlərə, dəqiq elmlərə ehtiyac duyulur. Riyaziyyat elmlərin şahıdır! Bu gün onun həyatın bütün sahələrində, hətta ədəbiyyatda da yeri var!

Sahib Mustafayev qeyd edib ki, riyaziyyat ilk baxışdan çətin və cansıxıcı görünən elmdir. Onu sevmək üçün başa düşmək lazımdır. Bəşəriyyətlə eyni vaxtdan yaranmış, uzun inkişaf yolu keçmişdir. Hazırda ölkəmizdə riyaziyyat elmi yüksək səviyyədədir. Lakin tədrisi dünya standartlarına çatdırmaq, şagirdlərin təfəkkürünü inkişaf etdirmək lazımdır. Bu gün keçirilən gecə məhz riyaziyyat elminin inkişafına şagirdlər arasında sevilməyinə hesablanıb. Tədbirimizə iştirak edən edən qonaqalra və tədbirin əsrəyə gəlməsində əziyyəti olan hər bir kəsə təşəkürümü bildirirəm. 

Tədbirin daha maraqlı anı “Riyaziyyat” gecəsi üçün hazırlanan böyük tort kəsilmi ilə yadda qalıb. İxtisas kafedrasının tələbələrinin ifasında “Mehriban olaq” mahnısı ilə gecəyə yekun vurulub. Sonda xatirə şəkli çəkilib. 

{phocagallery view=category|categoryid=100|limitstart=0|limitcount=0}