Mingəçevir Dövlət Universitetinin növbəti akademik mübadilə tədqiqatçısı Dokuz Eylül Universitetində

Mingəçevir Dövlət Universitetinin Xarici dillər kafedrasının müəllimi Gülşən Nəsirova universitetlərarası əməkdaşlıq çərçivəsində Türkiyənin Dokuz Eylül Universitetində iş səfərində olmuşdur.
2025-ci ilin dekabr ayında bir həftəlik akademik səfər müddətində Gülşən tarixlərini əhatə edən səfər müddətində Gülşən Nəsirova Dokuz Eylül Universitetinin Buca Təhsil Fakültəsində (Xarici Dillər Təhsili Bölümü, İngilis Dili Təhsili ixtisası) təhsil alan tələbələrə dərs deyib, beynəlxalq akademik təcrübəsini bölüşüb. Səfər çərçivəsində müəllim müasir tədris yanaşmalarına əsaslanan dərslərlə yanaşı, tələbələrin dil bacarıqlarının inkişafına yönəlmiş interaktiv məşğələlər aparıb.
Səfər zamanı Gülşən Nəsirova “Teaching Skills”, “Speaking Skills”, “Critical Reading”, “Teaching Literature in ELT”, “Sociolinguistics” və “Moral and Ethics in Education” fənləri üzrə tədris prosesində fəal iştirak edib, fənlərin məzmununa uyğun praktiki və nəzəri biliklərini tələbələrlə bölüşüb.
Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti ilə Dokuz Eylül Universiteti arasında davamlı akademik əlaqələrin inkişafına, tədris təcrübəsinin qarşılıqlı mübadiləsinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verib.