Mingəçevir Dövlət Universitetində akademik məsləhətçilərlə məlumatlandırma görüşü keçirilib

2026-cı ilin 11 fevral tarixində Mingəçevir Dövlət Universitetində Rəqəmsal transformasiya şöbəsinin təşkilatçılığı ilə akademik məsləhətçilər üçün məlumatlandırma görüşü keçirilib. Görüşün əsas məqsədi yaz semestrinə hazırlıq çərçivəsində əvvəlki semestrin nəticələrinin qiymətləndirilməsi, rəqəmsal həllərin tətbiqi və universitetdə istifadə olunan elektron platformaların səmərəli istifadəsi məsələlərinin müzakirəsi olub.

Görüşdə universitetin müxtəlif fakültələrində fəaliyyət göstərən akademik məsləhətçilər iştirak edərək tədris prosesində rəqəmsal alətlərin tətbiqi ilə bağlı fikir və təkliflərini bölüşüblər. Tədbir çərçivəsində ötən semestrin nəticələri dəyərləndirilib, tədris prosesində istifadə olunan rəqəmsal platformaların funksionallığı və onların daha effektiv tətbiqi məsələləri müzakirə olunub.

Müzakirələr zamanı DigitalEdu platformasının istifadəsinin daha rahat və səmərəli təşkili, akademik məsləhətçilərin fəaliyyətində rəqəmsal imkanların genişləndirilməsi və tələbələrlə kommunikasiya prosesinin təkmilləşdirilməsi istiqamətində yeni ideyalar ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, növbəti semestr üçün əsas prioritet istiqamətlər və fəaliyyət hədəfləri müəyyən edilib.

Görüş zamanı universitetdə rəqəmsal transformasiya prosesinin daha da gücləndirilməsinin tədrisin keyfiyyətinin artırılmasına və akademik idarəetmənin daha effektiv təşkilinə mühüm töhfə verəcəyi vurğulanıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi, innovativ tədris mühitinin formalaşdırılması və akademik idarəetmədə müasir həllərin tətbiqi istiqamətində mütəmadi olaraq müxtəlif görüş və tədbirlər keçirilir.