Вы сейчас просматриваете Mingəçevir Dövlət Universitetində “Oriyentasiya Günü” keçiriləcək

Mingəçevir Dövlət Universitetində “Oriyentasiya Günü” keçiriləcək

2022-ci ilin 14 sentyabr tarixində saat 09:00-dan 18:00-dək Mingəçevir Dövlət Universitetinə (MDU) yeni qəbul olunmuş tələbə və magistrantlar üçün “Oriyentasiya Günü” təşkil olunacaq.

MDU ailəsinə yeni qoşulan bütün gəncləri “Oriyentasiy Günü”ndə iştiraka dəvət edirik!

Tanışlıq günündə tədris binaları, tədris prossesi, imtahanların təşkili, beynəlxalq mübadilə proqramları, tələbə təqaüdləri, MDU-nun kitabxanaları, tələbə təşkilatları, könüllülük fəaliyyəti və İdman-Sağlamlıq Kompleksi haqqında və digər məlumatlar veriləcək.

“Oriyentasiya Günü”ndə fakültə dekanlıqlarının əməkdaşları, müəllimlər, akademik məsləhətçilər (tyutor), tələbə təşkilatının fəal üzvləri, tələbə-könüllülər universitetlə tanışlıq prossesinə dəstək göstərəcəklər.

Qeyd edək ki, “Oriyentasiya Günü” MDU-nun hər iki korpusunda keçiriləcək.