Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib

  • Рубрика записиTəhsil

Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsində may ayı üzrə nəzərdə tutulmuş növbəti Elmi Şura iclası keçirilmişdir.

İclası giriş sözü ilə açan fakültənin Elmi Şurasının sədri gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırmışdır. İlk olaraq 2025–2026-cı tədris ilinin yaz imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə olunmuşdur. Bu istiqamətdə fakültənin dekan müavini Aygün Qədirova məruzə ilə çıxış edərək imtahanların təşkili, normativ sənədlərin tələbləri və hazırlıq prosesinin gedişi barədə ətraflı məlumat vermişdir.

Daha sonra Aygün Qədirova 2025–2026-cı tədris ilində həyata keçirilmiş tədris və istehsalat təcrübələrinin yekunlarına dair hesabat təqdim etmiş, tələbələrin təcrübə müddətində əldə etdikləri nəticələr və qarşıda duran vəzifələr haqqında fikirlərini bölüşmüşdür.

İclasda həmçinin Xarici dillər kafedrasının müdiri vəzifəsini müvəqqəti icra edən Xəyalə Abdullayeva tərəfindən “Xarici dil bacarıqları” fənninin son iki ildə tədrisi vəziyyəti barədə geniş məlumat verilmiş, fənnin tədris keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər ətrafında müzakirələr aparılmışdır.

Riyaziyyat kafedrasının müdiri Rəşən Babayev isə “Riyazi analiz” fənninin tədrisi vəziyyəti, mənimsənilmə səviyyəsi, əldə olunan nəticələr və gələcək fəaliyyət istiqamətləri ilə bağlı çıxış etmişdir.

Cari məsələlərin müzakirəsi zamanı Keyfiyyət təminatı və akkreditasiya şöbəsi tərəfindən keçirilmiş tələbə məmnunluğu sorğusunun nəticələrində əks olunan məqamlar təhlil edilmiş, irəli sürülən təklif və qeydlər ətrafında fikir mübadiləsi aparılmışdır. Eyni zamanda yaz imtahan sessiyasının təşkili və keçirilməsi ilə bağlı mövcud qaydalar müzakirə olunmuş, kafedra müdirləri və Elmi Şura üzvləri tərəfindən müxtəlif təkliflər səsləndirilmişdir.

Müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.