Вы сейчас просматриваете Mingəçevir Dövlət Universiteti aşağıdakı vəzifələrə işə qəbul üçün müsabiqə elan edir

Mingəçevir Dövlət Universiteti aşağıdakı vəzifələrə işə qəbul üçün müsabiqə elan edir

  1. “Pedaqogika və psixologiya” kafedrası, Kafedra müdiri (1 yer – ştat kodu: 18196416)
  2. “Pedaqogika və psixologiya” kafedrası, Dosent (1 yer- ştat kodu: 2157892)
  3. “Pedaqogika və psixologiya” kafedrası, Baş müəllim (2 yer- ştat kodları: 1) 3086167; 2) 1758518)
  4. “Pedaqogika və psixologiya” kafedrası, Müəllim (1 yer- ştat kodu: 4186733)
  5. “Humanitar fənlər” kafedrası, Dosent (1 yer- ştat kodu:  2400414)
  6. “Humanitar fənlər” kafedrası, Baş müəllim (3 yer- ştat kodları: 1) 2109953; 2) 3034910; 3) 2856649)
  7. “Humanitar fənlər” kafedrası, Müəllim (5 yer- ştat kodları: 1) 3035009; 2) 2669132; 3) 4199628; 4) 2070768; 5) 2963228)
  8.  “Xarici dillər” kafedrası, Dosent (1 yer- ştat kodu: 1819151)
  9. “Xarici dillər” kafedrası, Baş müəllim (4 yer- ştat kodları: 1) 2019514; 2) 4189198; 3) 2895151; 4) 18198337)
  10. “Xarici dillər” kafedrası, Müəllim (4 yer- ştat kodları: 1) 3063701; 2) 2303103; 3) 4189242; 4) 2259163)
  11. “Riyaziyyat” kafedrası, Dosent (3 yer- ştat kodları: 1) 2998561; 2) 3034442; 3) 1762450)
  12. “Riyaziyyat” kafedrası, Baş müəllim (3 yer- ştat kodları: 1) 2219877; 2) 1804500; 3) 2858143)
  13. “Riyaziyyat” kafedrası, Müəllim (2 yer- ştat kodları: 1) 2670722; 2) 5402889)
  14. “İqtisadiyyat” kafedrası, Kafedra müdiri (1 yer- ştat kodu: 1970648)
  15. “İqtisadiyyat” kafedrası, Dosent (2 yer- ştat kodları: 1) 2358996; 2) 2255811)
  16. “İqtisadiyyat” kafedrası, Baş müəllim (2 yer- ştat kodları: 1) 1764651; 2) 2134916)
  17. “İqtisadiyyat” kafedrası, Müəllim (3 yer- ştat kodları: 1) 4198710; 2) 4203345; 3) 2498052)
  18. “Sənayenin təşkili və idarəetmə” kafedrası, Kafedra müdiri (1 yer- ştat kodu: 1762709)
  19. “Sənayenin təşkili və idarəetmə” kafedrası, Dosent (2 yer- ştat kodları: 1) 1919413; 2) 18194974)
  20. “Sənayenin təşkili və idarəetmə” kafedrası, Baş müəllim (1 yer- ştat kodu: 2467090)
  21. “Sənayenin təşkili və idarəetmə” kafedrası, Müəllim (3 yer- ştat kodları: 1) 4192027; 2) 2449821; 3) 2234768)
  22. “Mexanika” kafedrası, Dosent (1 yer- ştat kodu: 3034913)
  23.  “Mexanika” kafedrası, Baş müəllim (1 yer- ştat kodu: 2365083)
  24. “Fizika və ekologiya” kafedrası, Kafedra müdiri (1 yer- ştat kodu: 2597219)
  25. “Fizika və ekologiya” kafedrası, Baş müəllim (1 yer- ştat kodu: 2021192)
  26. “Fizika və ekologiya” kafedrası, Müəllim (1 yer- ştat kodu: 4187253)
  27. “Energetika” kafedrası, Kafedra müdiri (1 yer- ştat kodu: 3041191)
  28. “Energetika” kafedrası, Müəllim (1 yer- ştat kodu: 1760569)
  29. “İnformasiya texnologiyaları” kafedrası, Baş müəllim (3 yer- ştat kodları: 1) 2413828; 2) 1755248; 3) 2497575)
  30. “İnformasiya texnologiyaları” kafedrası, Müəllim (2 yer- ştat kodları: 1) 1755115; 2) 4191545)

Müsabiqədə iştirak etmək istəyən namizəd rektorun adına ərizə ilə müraciət edərək, ərizəsinə aşağıda qeyd edilən sənədləri (hazırda MDU-da işləyənlər son üç sənədi) əlavə etlməlidir:

  • Şəxsiyyət vəsiqəsi;
  • Kadrlar uçotunun şəxsi vərəqəsi;
  • Tərcümeyi-hal;
  • Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
  • Elmi və elmi-metodiki işlərin siyahısı;
  • Müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması. ( Kafedra müdiri)

Müsabiqədə iştirak etmək istəyən namizədlər 24 fevral 2023-cü il tarixindən  27 mart 2023-cü il tarixinədək müvafiq sənədləri MDU-ya şəxsən və ya poçt vasitəsilə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə iştirak üçün müraciət edən namizəd Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20.12.2017-ci il tarixli, 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda vəzifələrin tutulmasının şərtlərinin, həmçinin MDU-nun Elmi Şurasının 17.11.2022-ci il tarixli, 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Mingəçevir Dövlət Universitetində professor-müəllim vəzifələrinin seçki yolu ilə tutulma Meyarları”nın tələblərinə cavab verməlidir. Vəzifəni tutmaq üçün namizədlərin göstəriciləri həmin vəzifənin tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti pozulduqda sənədlərin qəbulundan imtina olunur. (sıxıldıqda müvafiq keçidlər)

Müsabiqədə iştirakı qeydə alınmayan namizədə bu barədə yazılı məlumat verilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsabiqədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsabiqədə iştirak etmək üçün qeydə alınmır.

Müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 19.11.2017-ci il tarixli, 5/5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na və Təhsil Nazirliyinin 401 saylı, 07.08.1996-cı il tarixli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə”yə uyğun keçirilir.

Sonradan namizədin təqdim etdiyi məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verdiyi, habelə müsabiqə zamanı “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” və “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə”nin tələblərinin pozulması halları aşkarlandıqda müsabiqənin nəticələri ləğv edilir.

Müsabiqənin keçirilmə vaxtı və yeri haqqında məlumatlar sənəd qəbulu başa çatdıqdan sonra MDU-nun saytında yerləşdiriləcək.

Qeyd:

  • Rəsmi sənədlərin ya əsli, ya da notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir.
  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.

Əlaqə:

Ünvan: Mingəçevir şəhəri, Dilarə Əliyeva küç, 21. 

Tel.: (02427) 53272; e-mail: info@mdu.edu.az;