Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində görüş keçirib

  • Рубрика записиMSU News

Mingəçevir Dövlət Universitetinin (MDU) Keyfiyyətin təminatı və dayanıqlı inkişaf şöbəsinin müdiri Azad Mirzəyev və Beynəlxalq əməkdaşlıq ofisinin koordinatoru Pərviz Məmmədrzayev Özbəkistana səfərləri çərçivəsində Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin nümayəndələri ilə görüş keçiriblər.

Görüş zamanı tərəflər mövcud akademik əməkdaşlıq imkanlarının genişləndirilməsi, növbəti semestrdən etibarən tələbə və müəllim mübadilə proqramlarının başlanılması, eləcə də birgə layihə və tədqiqat fəaliyyətlərinin təşkili məsələlərini müzakirə ediblər.

Görüş səmimi və əməkdaşlıq şəraitində keçib.