Təlimdə Biznes və menecment kafedrasının müəllimləri Abbasova-Zeynalova Nuranə və Süleymanova Təranə çıxış edərək iştirakçılara müasir biznes mühitində uğurlu fəaliyyət üçün zəruri olan bilik və bacarıqlar barədə ətraflı məlumat veriblər. Bildirilib ki, təlimin əsas məqsədi sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, innovativ yanaşmaların tətbiqinin təşviqi və kiçik bizneslərin dayanıqlı inkişafına dəstək göstərməkdir.
Tədbir çərçivəsində sahibkarlığın əsas prinsipləri, biznes ideyalarının formalaşdırılması, bazar araşdırması, risklərin idarə olunması və innovativ həllərin tətbiqi kimi mühüm mövzular əhatə olunub. Müəllimlər tərəfindən real biznes nümunələri əsasında praktiki biliklər təqdim edilib, iştirakçılarla interaktiv müzakirələr aparılıb və onların sualları cavablandırılıb.
Eyni zamanda, təlim zamanı mikro və kiçik sahibkarların qarşılaşdıqları çətinliklər, bu çətinliklərin aradan qaldırılması yolları, eləcə də dövlət tərəfindən təqdim olunan dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. İştirakçılar üçün şəbəkələşmə və təcrübə mübadiləsi imkanları yaradılıb ki, bu da onların gələcək fəaliyyətləri üçün əlavə stimul rolunu oynayıb.
Qeyd edək ki, bu cür təlimlərin təşkili universitetin sahibkarlıq ekosisteminin inkişafına verdiyi töhfənin tərkib hissəsi olmaqla yanaşı, gənclərin və yerli sahibkarların innovativ düşüncə tərzinin formalaşdırılmasına xidmət edir.