Mingəçevir Dövlət Universitetində “15 İyun – Qurtuluş günü”nə həsr olunmuş tələbələr arasında stolüstü dama üzrə birincilik keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində “15 İyun – Qurtuluş günü”nə həsr olunmuş tələbələr arasında stolüstü dama üzrə birincilik keçirilib

      Mingəçevir Dövlət Universiteti İdman Sağlamlıq Kompleksinin təşəbbüsü ilə universitetin tələbələri arasında Microsoft Teams platformasında 15 İyun – Qurtuluş gününün 27-ci ildönümünə həsr olunmuş stolüstü dama üzrə yarış keçirilib. Yarışda istirak edən tələbə-idmançılar öz aralarında 3 oyun keçiriblər. Gərgin keçən mübarizə şəraitində yarışın qalibləri Əsasnaməsinə uyğun olaraq keçirdikləri oyunlarda qələbə qazandıqları partiyaların sayına və bu partiyalarda qələbəyə sərf etdikləri minimum vaxta uyğun müəyyənləşdirilmişdir.

      Yarışın nəticələrinə əsasən fəxri yerlərə İT19 saylı qrupun tələbəsi Bəyim Salahova ən yüksək mükafata layiq görülüb. II və III yerlər uğurunda hər yerə 2 nəfər – İT19 saylı qrupun tələbəsi Seyidağa Abdullayev və Nurlan Rəcəbov II yerə, III yerə isə İE17 saylı qrupun tələbəsi Salatın Babayeva və İT19 saylı qrupun tələbəsi Fatimə Babayeva layiq görülmüşlər.

       Yarışa İdman Sağlamlıq Kompleksinin direktoru, baş hakim Fərman Məmmədov rəhbərlik edib.

{phocagallery view=category|categoryid=387|limitstart=0|limitcount=0}