Mingəçevir Dövlət Universitetində “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndiriməsi” layihəsi çərçivəsində tədbir keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndiriməsi”

layihəsi çərçivəsində tədbir keçirilib

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən icra edilən və Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndiriməsi” layihəsi çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Anar Nağıyev, həmin institutun şöbə müdiri Səbinə Babayeva, qeyd olunan layihənin yerli ekspertləri Sevil İmanova və Cəmil Məmmədov iştirak ediblər.

Nümayəndə heyəti ilə görüşən MDU-nun rektoru Şahin Bayramov qonaqlara universitetin əsas hədəfləri, tədrisin və elmi tədqiqat fəaliyyətinin məzmununun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, eləcə də MDU-nun müvafiq ehtiyacları barədə məlumat verib. MDU-nun “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndiriməsi” layihəsi çərçivəsində həyata keçirilən tədbirlərdə fəal iştirak etməkdə maraqlı olduğunu bildirən Ş.Bayramov həyata keçirilmiş struktur islahatları nəticəsində MDU-da yeni yaradılmış “Elm və innovasiya şöbəsinin” fəaliyyətinin təşkili baxımından sözügedən layihədən faydalanmaq istədiklərini diqqətə çatdırıb.

Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Anar Nağıyev təmsil etdikləri layihənin əsas hədəflərinin ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların idarəolunması üçün imkanların yaradılmasından, tədqiqatların dəstəklənməsi istiqamətində potensialın gücləndirilməsindən və müasir doktorantura təhsil proqramlarının formalaşdırılmasından ibarət olduğunu bildirib. A.Nağıyev layihə çərçivəsində başlanılan fəaliyyətlərin gələcəkdə Təhsil İnstitutu tərəfindən davam etdirilməsinin nəzərdə tutulduğunu və müvafiq istiqamətlərdə MDU ilə əməkdaşlıq üçün real imkanların mövcudluğunu qeyd edib.

       Sonra layihənin ekspertləri tərəfindən MDU-nun əməkdaşları üçün “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılması” mövzusunda təlim seminarı keçirilib. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

{phocagallery view=category|categoryid=285|limitstart=0|limitcount=0}