Mingəçevir Dövlət Universitetində Azercell Tələbə Təqaüd Proqramı 2020 ilə əlaqədar tədbir keçirib

  • Рубрика записиXəbərlər (AZ)

 Mingəçevir Dövlət Universitetində Azercell Tələbə 

Təqaüd Proqramı 2020 ilə əlaqədar tədbir keçirilib

 

Sentyabrın 16-dan etibarən “Azercell Telekom” MMC tələbələr üçün 2019-2020-ci tədris ili üçün növbəti Təqaüd Proqramına start verib. Bu məqsədlə “Azercell Telekom” MMC tərəfindən Mingəçevir Dövlət Universitetində tədbir keçirilib. İnsan Kapitalının İdarəetmə Departamentinin mütəxəssisi Validə Orucova tələbələri salamlayaraq bildirib ki, öz sahəsində peşəkar olmaq, gələcək karyerası üçün təməl yaratmaq istəyən gənclər “Təqaüd Proqramı”na müraciət edə bilərlər.  Proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.

Validə Orucova qeyd edib ki, Tələbə Təqaüdü Proqramı üzrə qalib gələn tələbələr ali təhsillərinin sonunadək aylıq 200 AZN təqaüd alacaqlar. Bununla yanaşı, bu tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlətində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər.

Validə Orucova bildirib ki, proqramda ortalama qiymətləri yüksək olan bakalavr səviyyəsi üzrə III və IV kurs tələbələri iştirak edə bilərlər. Qeyd edib ki, Təqaüd Proqramına müraciət müddəti 16 oktyabr 2019-cu il tarixində başa çatacaqdır. Təqaüd proqramı üzrə müraciət etmək üçün: müvafiq bölüm seçilməlidir: Bakı, SABAH və ya Bölgə Təqaüdü Proqramı; sonra əlavə olunmuş elektron müraciət ərizəsi doldurulmalıdır; elekton müraciət ərizəsini, tələbə biletinin və qiymət kitabçasının (transkript) skan versiyasını telebe@azercell.com mail ünvanına göndərin. Yalnız seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Sonra İnsan Kapitalının İdarəetmə Departamentinin digər mütəxəssisi Leyla Tağıyeva “Azercell Telekom” MMC-də karyera inkişafı və imkanları haqqında məlumat verib. Qeyd edib ki, biz şirkətimizin rəqabətli bazarda qarşısına qoyduğu böyük hədəflərə nail olması və yeni uğurlar qazanması üçün böyük səylə çalışırıq. Tətbiq etdiyimiz Performansın idarə edilməsi proqramı performans göstəricilərini yüksəltməyə və optimallaşdırmağa imkan verir, işçilərdə inkişaf etmək və irəliləmək üçün stimul yaradır.

Leyla Tağıyeva bildirib ki, məqsədimiz yüksək keyfiyyətli xidmət təqdim edən dünya səviyyəli şirkət olmaqdır. Dəyər qatmaq, Hörmət göstərmək və Həyata keçirmək – gündəlik fəaliyyətimizin bünövrəsini təşkil edən dəyərlərimizdir. Bu dəyərlərin əsaslandığı Etika və davranış kodeksimiz gündəlik fəaliyyətimizdə bizə bələdçilik edir. Karyeranızı Azercell-də qurun, bizimlə birlikdə Cəsarət edin, Qayğı göstərin və Sadələşdirin!

Qeyd edək ki, “Azercell” şirkəti Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan yüzlərlə tələbə “Azercell” şirkətinin təqaüdçüsü adına layiq görülüb.

Sonda Validə Orucova məlumat üçün bildirib ki, Azercell Telekom öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Azercell-in həyata keçirdiyi Sosial Layihələrin böyük bir qismi də təhsillə bağlıdır. Eyni zamanda Azercell aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Təhsilə və gənclərə yardım etmək bundan sonra da Azercell şirkətinin prioritet fəaliyyət sahəsi olacaq.

Tədbirdə universitetin tələbələrilə yanaşı Bakı Telefon Mərkəzinin qrup rəhbəri İbrahim Əhmədov da iştirak edib.

{phocagallery view=category|categoryid=187|limitstart=0|limitcount=0}