Mingəçevir Dövlət Universitetində keçirilən online iclasda kollektiv üzvlərinə mühüm məsələlər barədə məlumat verilib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində keçirilən online iclasda kollektiv üzvlərinə mühüm məsələlər barədə məlumat verilib

 

2020-ci ilin 13 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) iclas keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclasda universitetin bütün struktur bölmələrinin rəhbərləri iştirak edib.

İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət siyasətinin məzmununda şəffaf idarəçilik sisteminin möhkəmləndirilməsi, hüquqi, institutsional və kadr islahatları, gənclərin məzul vəzifələrə təyin edilməsi, korrupsiyaya qarşı amansız mübarizə kimi məsələlərin mühüm yer tutması diqqətə çatdırılıb. İclas iştirakçılarına sön dövrlərdə dövlət başçısının açıq bəyan etdiyi xəbərdarlıqlara məhəl qoymayaraq qanunsuz əməllərə yol verən vəzifəli şəxslərin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ifşa olunması barədə ətraflı məlumat verilib. İclasda bu kimi neqativ halların xalq tərəfindən hiddətlə qarşılanması və kəskin qınanılması diqqətə çatdırılıb.

Sonra iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə cari ilin 4 may tarixində keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans vasitəsi ilə keçirilmiş Zirvə görüşü barədə ətraflı məlumat verilib. Qlobal pandemiya ilə birgə mübarizəni təşviq edən Zirvə görüşünün 120 üzv dövləti, 17 müşahidəçi ölkəni və 10 müşahidəçi beynəlxalq təşkilatı bir araya gətirmiş olduğu bildirilib. Zirvə görüşünün Azərbaycan Prezidentinin şəxsi nüfuzu, siyasi təcrübəsi və uğurli siyasəti nəticəsində baş tutması diqqətə çatdırılıb. Ölkəmizin qlobal pandemiya ilə mübarizəyə mühüm töhfəsi kimi dəyərləndirilən Zirvə görüşünün dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyi bildirilib.

İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin 10 aprel tarixində keçirilmiş Türk Şurasının videokonfrans vasitəsilə keçirilmiş fövqəladə Zirvə görüşü barədə də geniş məlumat verilib. Bu tədbirin dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş ilk beynəlxalq Zirvə görüşü olduğu diqqətə çatdırılıb.

Qlobal pandemiya dövründə ölkəmizdə həyata keçirilən tədbirlərin və irəli sürülən təşəbbüslərin Ümumdünya Səhiyyə Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, digər beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən təqdir olunduğu bildirilib.