Mingəçevir Dövlət Universitetində “Xəmsə” intelektual oyunu başa çatıb

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində “Xəmsə” intelektual oyunu başa çatıb

 

Mingəçevir Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun Azərbaycan Dövlət Bayrağının 101 iliyinə həsr olunmuş “Xəmsə” intelektual oyunu keçirilib.

Yarışa ümumilikdə 60 nəfərdən ibarət 12 komada qatılıb. 3 mərhələdən ibarət olan bilik yarışında hər mərhələdə 4 komada mübarizə aparıb və mərhələlərin ən güclü komandaları finala vəsiqə qazanıb.

“De Fakto”, “Young Crew” və “Penta Trick” seçim mərhələsindən finala vəsiqə qazanıblar.

Gərgin keçən mübarizə şəraitində final mərhələsində “Penta Trick” birinci yerə, “De Fakto” ikinci yerə’ “Young Crew” isə üçüncü yerə layiq görülüb. Birinci yerin qaliblərinə kubok, medal sertfikatlar təqdim edilib, digər yerlərin sahibləri isə medal və sertfikatla tərtib olunub.

Tədbirdə iştirak edən Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov qalib komandaları təbrik edib, təhsildə böyük uğurlar və yeni qalibiyyətlər arzu edərək, tələbələri daima MDU-nun adını uca tutmağa çağırıb. Şahin Bayramov universitetin hər bir intellektual və bacarıqlı tələbələri ilə fəxr etdiyini və onların uğurlarının MDU-nun həyata keçirdiyi təhsil siyasətinin nəticəsi olduğunu qeyd edib.

Sonda xatirə şəkli çəkdirilib və tələbələr diqqətə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

{phocagallery view=category|categoryid=251|limitstart=0|limitcount=0}