Mingəçevir Dövlət Universitetində magistrlik dissertasiyalarının müdafiəsinə start verilib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində magistrlik dissertasiyalarının müdafiəsinə start verilib

22 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilində magistratura təhsil səviyyəsi üzrə magistrlik dissertasiyalarının müdafiəsinə start verilib. Müdafiələr ilk dəfə olaraq “Microsoft Teams” platforması üzərindən online formatda keçirilib.

İlk müdafiə günündə MDU-nun Humanitar fənlər kafedrası üzrə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasından məzun olacaq dörd magistrant magistrlik dissertasiyalarını müvafiq ixtisaslaşdırılmış Elmi Şura qarşısında müdafiə edib. Bütün magistrantların nəticəsi yüksək balla qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə ixtisaslaşdırılmış Elmi Şuranın sədri Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun “Müasir Azərbaycan dili” şöbəsinin müdiri, fil.e.d., professor İsmayıl Kazımovdur.

Online müdafiə prosesini MDU-nun rektoru Şahin Bayramov da izləyib.

Ümumilikdə, cari tədris ilində MDU-da Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Xarici dil müəllimliyi (dillər üzrə), Riyaziyyat müəllimliyi, İnformatika müəllimliyi, İbtidai sinif müəllimliyi, İqtisadiyyat, Sənayenin təşkili və idarə edilməsi, Elektroenergetika mühəndisliyi, Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi və Ekologiya mühəndisliyi ixtisasları üzrə 36 magistrantın magistrlik dissertasiyasının müdafiəsi nəzərdə tutulub. Müdafiələr Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmri əsasında yaradılmış ixtisaslaşdırılmış Elmi Şuralar tərəfindən həyata keçirilir.

MDU-da magistrlik dissertasiyalarının müdafiəsi 30 iyun tarixinədək davam edəcək.

{phocagallery view=category|categoryid=393|limitstart=0|limitcount=0}