Mingəçevir Dövlət Universitetində “Sığorta biliklərinin formalaşdırılması” mövzusunda dəyirmi masa keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində “Sığorta biliklərinin formalaşdırılması” mövzusunda dəyirmi masa keçirilib

 

2021-ci ilin 2 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Sığorta biliklərinin formalaşdırılması” adlı dəyirmi masa keçirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan dəyirmi masanı giriş sözü ilə açan MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli son dövrdə universitetdə cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən aktual mövzularla bağlı çoxsaylı maarifləndirici tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Hazırda sığorta sahəsində biliklərin artırılmasına böyük ehtiyac duyulduğunu qeyd edən N.Qədimli dəyirmi masanın əhəmiyyətindən bəhs edib.

MDU-nun tələbəsi Çingiz Çingizadə “Sığorta ilə bağlı ümumi anlayış”, Bakı Biznes Universitetinin tələbəsi Mübarək Aydəmirov “Sığorta sazişlərinin beynəlxalq mühasibat standartlarında tanınması” mövzusunda çıxış ediblər.

Tələbələrin aktuallığı ilə seçilən mövzularda çıxışları maraqla qarşılanıb və məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Dəyirmi masada qonaq qismində iştirak edən Azərbaycan Dövlət Sığorta Şirkətinin Mingəçevir şəhər filialının direktoru Nazim Səfərov, Azərbaycan Sənaye Sığorta Şirkətinin qəza meneceri Elməddin Nağıyev sığorta işinə dair iştirakçıların çoxsaylı suallarını cavablandırıb və tələbələrə müvafiq tövsiyələrini çatdırıblar.

Qeyd edək ki, MDU-da sənaye nümayəndələrinin fəal iştirakı ilə ölkə və region iqtisadiyyatının aktual problemlərinə həsr olunan elmi konfranslar, seminarlar və dəyirmi masaların keçirilməsinə xüsusi önəm verilir.

{phocagallery view=category|categoryid=586|limitstart=0|limitcount=0}