Mingəçevir Dövlət Universitetində voleybol üzrə birincilik başa çatıb

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində voleybol üzrə birincilik başa çatıb

 

Mingəçevir Dövlət Universitetində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr edilmiş idmanın voleybol növü üzrə kurslararası universitet birinciliyi keçirilib. Yarışda 16 komanda mübarizə aparıb. Yarış olimpiya sistemi üzrə keçirilib. Gərgin keçən mübarizə şəraitində bütün fəxri yerləri İqtisadiyyat və idarəetmə fakültəsinin komandaları tutub. Beləliklə birinci yerə III kurs TO17 saylı, ikinci yerə dördüncü kurs M16 saylı və üçüncü yerə isə birinci kurs MU19 saylı qrupuların komandaları müvfiq olaraq qızıl, gümüş və bürünc medalların sahibləri olublar.

Yarışda fərqlənən oyunçular:

1. Kərimli Sahil – TO17 saylı qrupun

2. Soltanlı Həmid – MU16 saylı qrupun

3. Əhmədov Nihad – M16 saylı qrupun

4. Abbasov Eyyub – M17 saylı qrupun

5. Həsənov Ruhin – MU19.2 saylı qrupun

tələbələri olublar. Yarışı Mingəçevir Dövlət Universitetinin İdman və Sağlamlıq Kompleksinin direktoru, baş hakim Fərman Məmmədov, hakimlər Kamran Nəsirov və Ramin Allahverdiyev idarə ediblər.

{phocagallery view=category|categoryid=288|limitstart=0|limitcount=0}