Mingəçevir Dövlət Universitetində “Gənc Tədqiqatçılar üçün Open Academy” adlı layihəsi üzrə seminar keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində “Gənc Tədqiqatçılar üçün Open Academy” adlı layihəsi üzrə seminar keçirilib

 

Mingəçevir Dövlət Universitetində oktyabr ayının 23-24 tarixlərində Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti (AGAAMC) Azərbaycan Respublikası Gənclər Fondunun (ARGF) dəstəyi ilə həyata keçirdiyi “Gənc tədqiqatçılar üçün Open Academy” adlı layihənin icrasına başlanmışdır.

Mingəçevir Dövlət Universitetinin Elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov rəsmi qonaqları və seminar iştirakçılarını rektor Şahin Bayramovun adından salamlayaraq tədbirin məqsəd və məramı barədə universitetin gənc tədqiqatçılarına məlumat verib.

Sonra AGAAM Cəmiyyətinin məsul nümayəndəsi, təlimçi t.f.d., dosent Ruslan Rəhimli qeyd edib ki, layihənin əsas məqsədi doktorant, dissertant və magistrlərin crowdfunding platformaları, open innovation, open date haqqında geniş bilik və informasiyalar əldə etməsinə nail olmaq, bu platformalarda iştirakın vacibliyi haqqında gənc tədqiqatçıları məlumatlandırmaq, Open Academy vasitəsilə crowdfunding platformalarının gənclər arasında geniş yayılmasına nail olmaqdır.

Sonra Azərbaycan Respublikası Gənclər Fondunun aparıcı mütəxəssisi Mübariz Qədirov Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsi istiqamətində Fond tərəfindən qeyd olunan və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılması maliyyələşdirilir. Məhz bu gün ki, təqdim olunan layihə də qeyd olunanların bariz nümunəsidir. Gənclər Fondu gənc doktorant, dissertant, magistrlərin maraqlarının təmin edilməsi və rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına daim dəstək olmasına hazırdır.

Təlimçi, fizika üzrə fəlsəfə doktoru Aysel Rəhimli crowdfunding platformaları, open innovation, open date haqqında seminar iştirakşılarına geniş məlumat verib. Open Academy vasitəsilə crowdfunding platformalarının gənclər arasında geniş yayılmasına nail olunmasının əhəmiyyətindən danışıb.

Seminarın ikinci günüdə təlimçi t.f.d., dosent Ruslan Rəhimli doktorant, dissertant və magistrlərə Avropa elm məkanında və dünyanın elmtutumlu dövlətlərində geniş yayılmış “Open Science”, “Open Access”, “Open Research date”, “Open innovation”, “Open research computation”, “Citizen science”, “Scientific social network” haqqında məlumat verib, tətbiq olunan bu sistem və onun özəllikləri haqqında prezentasiyalar təqdim edib. Ruslan Rəhimli eyni zamanda, indeksli Open Access jurnallarına çıxış imkanları, bu jurnallarda çap olunma qaydaları, “ORCİD” (Open Researcher and Contributor ID), bu sistemin gənc tədqiqatçılar üçün xeyirli tərəfləri, bu sistemin imkanları, burada ödənişsiz qeydiyyat və bununla bağlı olan beynəlxalq APA stili haqqında seminar iştirakçılarını məlumatlandırıb. Ruslan Rəhimli həmçinin, seminar iştirakçılarına Open Access Academy haqqında geniş məlumat verib, bu qrumdan səmərəli istifadə etmək yollarını diqqətə çatdırıb.

İki günlük seminardan sonra iştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkilləri çəkdirilib.

{phocagallery view=category|categoryid=211|limitstart=0|limitcount=0}