Mingəçevir Dövlət Universitetinin Xarici dillər kafedrası tərəfindən “Xocalı Soyqırımı”na həsr edilmiş tədbir keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin Xarici dillər kafedrası tərəfindən

“Xocalı Soyqırımı”na həsr edilmiş tədbir keçirilib

 

Mingəçevir Dövlət Universiteti Pedaqoji fakültəsində Xarici dillər kafedrası tərəfindən “Xocalı Soyqırımı”na həsr edilmiş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğul və qızlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ehtiramlarını bildiriblər. Sonra Fakültə dekanı dosent Nizami Zeynalov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Sonra “Xarici dil müəllimliyi” ixtisası üzrə təhsil alan magistrantlar Xədicə Əliyeva və Şahnaz Bəhmənli ingilis dilində Xocalı faciəsinin tarixi faktlarını tədbir iştirakçılarının nəzərinə çatdırıblar.

“Xarici dil müəllimliyi” ixtisası üzrə bakalavriat səviyyəsi üzrə təhsil alan ikinci və üçüncü kurs tələbələri Təranə Hacıyevanın, Aydan İsmayılzadənin, Asif Kazımzadənin, Diana Kəmahovanın, Maqsud Məmmədlinin, Fatimə Novruzovanın və Aytəkin Səmədlinin ifasında Xocalı soyqırımına həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunub.

Tədbirdə Xocalı faciəsinin canlı şahidi, hazırda universitetin əməkdaşı, Xarici dillər kafedrasının baş müəllimi Mətanət İsmayılova həmin hadisədən, ermənilərin törətdiyi vəhşiliklərdən danışdı. Mətanət İsmayılova çıxışında dərs dediyi tələbələrdən, Xocalı faciəsinin səbəbini, onun ağır nəticələrini, faciə nəticəsində xalqımıza vurulan maddi və mənəvi zərərləri iştirakçılara çatdırıb.

         Tədbirin sonunda “Xocalı Soyqırımı”na həsr edilmiş videoçarx nümayiş olunub.

{phocagallery view=category|categoryid=328|limitstart=0|limitcount=0}