Mingəçevir Dövlət Universitetinin kollektivi Mingəçevirdə keçirilən qanvermə aksiyasında iştirak edib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin kollektivi Mingəçevirdə keçirilən qanvermə aksiyasında iştirak edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən başlanılmış qanvermə aksiyasına Mingəçevir şəhər İcra Hakimiyyəti də qoşulub.

2020-ci ilin 22 aprel tarixində keçirilmiş qanvermə aksiyasında Mingəçevir şəhər İcra Hakimiyyəti aparatının, Mingəçevir şəhər bələdiyyəsinin, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının və digər qurumların əməkdaşları ilə bərabər Mingəçevir Dövlət Universitetinin kollektivi də fəal iştirak edib.

Mərkəzi Qan Bankının Mingəçevir bölməsindən verilən məlumata əsəsən qanvermə aksiyası zamanı toplanan qan xroniki xəstəliklərdən əziyyət çəkən insanlar, o cümlədən talassemiyalı və hemofiliyalı xəstələr üçün nəzərdə tutulub.

{phocagallery view=category|categoryid=363|limitstart=0|limitcount=0}