Mingəçevir Dövlət Universitetinin əməkdaşları və tələbələri xüsusi risk qrupuna daxil olan ailələri ziyarət ediblər

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin əməkdaşları və tələbələri xüsusi risk qrupuna daxil olan ailələri ziyarət ediblər

 

Qlobal pandemiya ilə mübarizə tədbirləri çərçivəsində ölkəmizdə karantin rejiminin tətbiq olunması tənha və xəstə insanlara yardım göstərilməsi və onların zəruri ehtiyaclarının qarşılanması məsələsini daha da aktuallaşdırıb. Müsbət haldır ki, hazırda çoxsaylı dövlət və özəl qurumları, qeyri-hökumət təşkilatları və ictimai birliklər tərəfindən bu istiqamətdə müvafiq könüllülük fəaliyyətləri həyata keçirilir.

COVID-19 infeksiyası ilə mübarizənin ilk günlərindən öz fəallığı ilə seçilən Mingəçevir Dövlət Universiteti (MDU) bu məsələdə də öz töhfəsini göstərib. Mövcud şəraitdə MDU kollektivinin hər bir üzvü xeyirxahlıq göstərməyi özünün insanlıq və vətəndaşlıq borcu hesab edir.

Bu çərçivədə, MDU-nun bir qrup könüllü gənc əməkdaşı və tələbəsi karantin dövründə risk qrupuna daxil olmaqla xüsusi qayğıya ehtiyac duyan bir neçə ailəni ziyarət edib, onlara zəruri ərzaq məhsullarından ibarət sovqat çatdırıblar. Aksiya MDU ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı arasında əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Vətəndaşlar bütün dünyanın koronavirusla mübarizə apardığı şəraitdə dövlətimiz tərəfindən onlara göstərilən diqqətə görə dövlət başçısına təşəkkürlərini bildiriblər.

Görüşlər zamanı vətəndaşlarımız tərəfindən karantin dövrünün tələblərinə riayət edilməsinin və infeksiya ilə mübarizədə həmrəylik göstərilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.

{phocagallery view=category|categoryid=350|limitstart=0|limitcount=0}