Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Mingəçevir Sənaye Parkında olub

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti

Mingəçevir Sənaye Parkında olub

 

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun rəhbərliyi ilə universitetin nümayəndə heyəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Mingəçevir Sənaye Parkına səfər edib. Səfər çərçivəsində Mingəçevir Tekstil MMC-nin direktoru Mehman Hüseynov və müəssisəsinin əməkdaşları ilə görüş keçirilib. Görüş zamanı universitet – biznes işbirliyi konsepti kontekstində Mingəçevir Dövlət Universiteti ilə Mingəçevir Tekstil MMC arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradılması imkanları və bu əməkdaşlığın potensial istiqamətəri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə mütəxəssislər tərəfindən konkret təkliflərin hazırlanması və reallaşdırılması məqsədilə hər iki tərəfin müvafiq əməkdaşlarından ibarət işçi qrupu yaradılmasına dair razılıq əldə olunub.

{phocagallery view=category|categoryid=269|limitstart=0|limitcount=0}